Dövlət Komitəsi Brüsseldə beynəlxalq simpozium keçirib
Tarix: 01.12.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Tolerantlıq və birgəyaşayış modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi” mövzusunda beynəlxalq simpozium keçirilib.
Komitədən verilən məlumata görə, simpoziumun məqsədi siyasi və iqtisadi təlatümlərlə çalxalanan və günün çağırışlarına layiqli cavab verməkdə çətinliklərlə üzləşən Avropa məkanında uzunəsrlik dini və milli qarşılıqlı hörmətə əsaslanan Azərbaycan tolerantlıq modelini təbliğ etməkdir.
Simpoziumda beynəlxalq ekspertlər, Avropa QHT-lərinin və beyin mərkəzlərinin rəhbərləri ilə yanaşı, Azərbaycandan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Sahibə Qafarova, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev iştirak ediblər.
Tədbirdə çıxış edən Avropa Şurasının Brüssel ofisinin rəhbəri səfir Torbyorn Froynes konfransın aktuallığından danışaraq qeyd edib ki, Avropa Şurasının yarandığı gündən iki yüzdən artıq beynəlxalq konvensiya və hüquqi norma qəbul edilsə də, onların işləməsi mexanizmlərində ciddi problemlər mövcuddur. Məhz buna görə də, bu gün Avropa məkanı ciddi sınaqlarla üz-üzədir. Bu cür müzakirələr Avropanın bu sınaqlardan uğurla çıxması və yeni modellərin axtarışı üçün xüsusi rol oynayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək tarix boyu Azərbaycanda formalaşmış və mövcud olmuş tolerantlıq ənənələrindən, müxtəlif dinlərin və millətlərin ölkəmizdə dinc yanaşı yaşamasından, Azərbaycanda dini, milli ayrı-seçkiliyə, antisemitizm, ksenofobiya hallarına heç vaxt rast gəlinmədiyindən, həmçinin, dövlət-din münasibətlərindən, Azərbaycan dövlətinin mövcud tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi siyasətdən danışıb.
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbəri Jan Mari Heydt Avropanın müasir problemlərdən çıxması üçün yeni alternativ modellərə diqqət yetirməyin zəruriliyini vurğulayıb.
Milli Məclisin deputatı Sahibə Qafarova isə Azərbaycanda tolerantlığın möhkəmlənməsi və radikal meyllərin qarşısının alınması istiqamətində görülən tədbirlərdən və bu istiqamətdəki fəaliyyətdən danışıb.
Mərasimin sonunda Dövlət Komitəsi tərəfindən nəşr edilmiş Azərbaycanda tolerantlığı əks etdirən kitablar səfir Torbyorn Froynesə və digər iştirakçılara təqdim edilib.
Simpozium işini panellərlə davam etdirib. 1-ci paneldə Avropanın müxtəlif ölkələrindən gəlmiş ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənc fəallar müasir Avropanın üzləşdiyi islamofobiya, milli, dini, irqi ayrı-seçkilik məsələlərini və bu problemlərdən çıxış yollarını müzakirə ediblər.
Simpoziumun 2-ci paneli Avropanın bəzi ölkələri ilə Azərbaycanın tolerantlıq modelinin əyani müqayisəsi üzərində qurulub. Bolqarıstanın baş müftisi Mustafa Hacı və Yunanıstanın Ksanti bölgəsinin müftisi Ahmet Mete çıxış edərək Avropada müsəlman azlığının üzləşdiyi ciddi problemlədən danışıblar.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev çıxışında Avropadan fərqli olaraq yəhudilərin Azərbaycanda heç vaxt antisemitizmlə üzləşmədiklərini, müsəlmanlar və digər dinlərin nümayəndələrinin əsrlər boyu qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mefodiy Əfəndiyev isə Azərbaycanda xristianlığın qədim tarixindən danışaraq bu gün mövcud olan pravoslav kilsələrinin məhz azərbaycanlı müsəlmanlar tərəfindən tikilib bərpa edildiyini və bunun dünyada unikal hallardan biri olduğunu qeyd edib.
Simpoziumun yekununda Azərbaycanın unikal tolerantlıq modelinin digər ölkələrdə də tətbiqinin mümkünlüyü və zəruriliyi qeyd edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info