Azərbaycanlı gənc beynəlxalq müsabiqənin qalibi olub
Tarix: 01.12.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Budapeştdə dünyaca məşhur macar-amerikan bəstəkarı və dirijoru Antal Dorati adına Beynəlxalq dirijorluq müsabiqəsi keçirilib. Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi, tərkibində İtaliya, Fransa, Polşa musiqiçilərinin də yer aldığı münsiflər heyəti dünyanın müxtəlif ölkələrindən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndiriblər.
Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konsert qalibləri müəyyən etməyə imkan yaradıb. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib. Müsabiqə iştirakçıları MAV Budapeşt simfonik orkestrinin müşayiəti ilə Pyotr Çaykovskinin, Klod Debüssinin, Bela Bartokun, Andrea Potreranın və İohann Bramsın əsərlərini səsləndiriblər. Gənc azərbaycanlı dirijor temperamentli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.
Müsabiqənin qalibinə diplom və pul mükafatı təqdim edilib.
Nüfuzlu beynəlxalq müsabiqənin qalibi adına layiq görülən həmvətənimiz Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.
Orxan Haşımov, həmçinin 2016-2017-ci ildə Budapeşt simfonik orkestri ilə Macarıstan paytaxtında və məşhur Esterhazi qəsrində, "İtalyan virtouzları" silsiləsindən Verona simfonik orkestri ilə İtaliyada (Verona), Fridrix Şopen adına Polşa-Baltika filarmoniya ansamblı ilə Polşada (Qdansk) konsert proqramları ilə çıxış etmək üçün dəvət alıb. Qalib statusu eyni zamanda gənc musiqiçinin qarşısında İncəsənət xadimlərinin Beynəlxalq agentliyi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Sona Amal yaradıcılığı publisistikada” adlı kitab nəşr edilib
24.02.2020
Şah Mat Teatrı “İstehkam” tamaşasını təqdim edəcək
21.02.2020
Berlin Film Festivalında terror aktının qurbanları yad edilib
21.02.2020
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
21.02.2020
Rossininin “Sevilya bərbəri” nümayiş olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info