“Nardaranda aparılan xüsusi əməliyyat cəmiyyət tərəfindən dəstəklənir”
Tarix: 02.12.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi haqqında qanunun qəbul edilməsinə ehtiyac var”

Bir neçə gün öncə Nardaranda xüsusi əməliyyat tədbirləri həyata keçirilməsinə baxmayaraq, qəsəbənin bir sıra sakinləri hüquqi, dünyəvi, demokratik dövlət quruluşuna və idarəçiliyinə qarşı çıxır, digər qanunsuz tələblər irəli sürməyə cəhdlər göstərirlər. Dini radikalizmi, ekstremizmi özlərinin əqidəsinə və həyat tərzinə çevirmiş həmin şəxslər qəsəbədə ölkənin qanunlarını, dövlət atributlarını inkar edir, Azərbaycan dilinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərini qəsdən pozur, azyaşlı və yeniyetmələr arasında cəhaləti və zorakılığı təbliğ edirlər.
Bütün bunları nəzərə alaraq dünən müvafiq qurumların təşkilatçılığı ilə vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə qəsəbədə xüsusi əməliyyat keçirilib. Ümumiyyətlə, Nardaranda baş verən hadisələr ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Bu prosesə ziyalılarımız etinasız qalmır, baş verən insidentlə bağlı öz fikirlərini bildirirlər.

Əliməmməd Nuriyev: “Bizi orta əsr qaydalarına, xurafata qaytarmaq istəyirlər. Belə insanların qarşısı alınmalıdır”

“Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirdi ki, bir ölkədə ekstremizm baş verirsə, təzahürləri varsa dövlət bütün gücü ilə qanunda nəzərdə tutulmuş vasitələrdən istifadə etməklə onun qarşısını almalıdır: “Nardaranda baş verən hadisələr də onu göstərir ki, bu, ayrı-ayrı şəxslər tərəfindən, ekstremistlər tərəfindən törədilir. Mən düşünürəm ki, bunlar həqiqətən də ekstremistdirlər, başqa adı yoxdur, bunlar din adı altında öz Azərbaycan dövlətinin xarakterini dəyişməyə cəhd edirlər. Onu dünyəvilikdən uzaqlaşdırmağa çalışan hərəkətlərə yol verirlər. İnsanları dövlətə qarşı fəaliyyətə, zorakılığa çağırmaq, eyni zamanda zorakılığın həyata keçməsi üçün döyüş sursatından istifadə etməyə cəhd edirlər. Həmin şəxslər tərəfindən atılan qumbara nəticəsində bizim iki polis qardaşımız şəhid oldu. Şəhidlər o insanlardır ki, bu ölkənin müstəqilliyi, ölkənin ictimai qaydanın qurulması uğrunda mübarizə aparıb öz həyatlarını fəda ediblər. Amma o şəxslər ki, öz vətəndaşına, dövlət orqanının nümayəndəsinə qarşı silah qaldırırsa, ümumiyyətlə, din adından insanların qanını tökməyə səsləyirlərsə belə insanların nə İslama, nə adət-ənənələrimizə, nə də Azərbaycana aidiyyəti var. Bu baxımdan hesab edirəm ki, DİN, MTN tərəfindən aparılan əməliyyatlar doğrudur, qanun çərçivəsində aparılır və qanunların bərpası istiqamətində aparılan əməliyyat cəmiyyət tərəfindən dəstəklənir. Nardaranda bizim hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdirirlər. Onu da qeyd edim ki, həmin hərəkətlərə yol verən insanlar eyni zamanda inanclarımıza, İslamın daşıyıcıları olan bizlərə qarşı çıxırlar. Ölkədə sabitlik hər kəsin normal yaşaması üçün ən mühüm vasitədir. Azərbaycanda qanunun aliliyini təmin etmək dövlət orqanlarının vəzifəsidir ki, onlar bu gün Nardaranda bu əməliyyatı həyata keçirməklə bu məqsədə xidmət edirlər. Həmin kəndə müxtəlif bölgələrdən insanlar gəlir, Azərbaycan dövləti əleyhinə çıxışlar edilməsinin də biz şahidi olmuşuq”. O da vurğulandı ki, burada eyni zamanda Azərbaycan dilinə, əlifbasına, dövlət atributlarına qarşı hörmətsizlik müşahidə edilib: “Bu baxımdan orada olan ayrı-ayrı adamların məsuliyyətə cəlb edilməsi vacibdir. Əhalinin təhlükəsizliyi istiqamətində tədbirlər ölkə başçısı tərəfindən həyata keçirilir və bugünkü fəaliyyət də məhz buna xidmət edir. Çox təəssüf ki, orada bəzi insanlar var ki, bizi orta əsr qaydalarına, xurafata qaytarmaq istəyirlər. Belə insanların qarşısı təbii ki, alınmalıdır. Bundan əvvəl də orada bəzi hadisələr baş verib. Bəzi dövlət orqanlarının, institutlarının fəaliyyətinə maneçilik olmuşdu. Hər dəfə dövlət bu proseslərlə bağlı addım atdı ki, bəlkə qayıtdılar, qanun-qaydalara tabe oldular. Hər dəfə güzəştlər edilib. Amma görünür ki, bəzi adamlar öz radikal addımlarından geri çəkilmək istəmirlər. Bəziləri Yaxın Şərqdə baş verən hadisələrdən ruhlanaraq bu hərəkətləri etməyə cəhdlər edir. Onlar elə düşünürlər ki, Azərbaycanda da Yaxın Şərqdəki hadisələri törətmək imkanları ola bilər. Ancaq bilmirlər ki, Azərbaycan dövləti, Prezidenti, vətəndaşı güclüdür və heç bir halda belə təzahürlərin də ölkəmizdə baş verməsinə imkan verilməyəcək. Düşünürəm ki, Nardaran əhalisi də həyata keçirilən əməliyyatdan razı qalacaq ki, onların həyatına olan təhlükə aradan qaldırılır. Belə ekstremist şəxslərin orada yol tapmasına imkan verilməyəcək”.
Ə.Nuriyevin sözlərinə görə, orada baş verən digər bir məqam isə jurnalistlərin fəaliyyətinə, ifadə azadlığına qarşı maneçilik törədilir: “Məhz həmin ekstremistlər tərəfindən bu hallar baş verir. Fikrimcə, Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Hər kəs qanun çərçivəsində fəaliyyətini həyata keçirməlidir. Bizdə dini etiqad azadlığı konstitusiyamızla qorunur, bunun üçün müvafiq şərait yaradılır. Bu gün ölkədə minlərlə məscid, yüzlərlə dini icma fəaliyyət göstərir. Hər kəs öz dini inanclarını ifadə etmək imkanına malikdir. Ancaq eyni zamanda görünür ki, ayrı-ayrı ölkələrin də marağı var. Əminəm ki, bu istiqamətdə hüquq-mühafizə orqanları əllərindən gələni edəcəklər”.
O da vurğulandı ki, Nardaranda bəzən uşaqlar məktəbə getmir və onların dini təhsil almasına çalışırlar: “Din dövlətdən ayrıdır, Azərbaycan qanunvericiliyinə görə, məktəblərdə dini təhsilin əsasları da fakultativ fənn kimi tədris oluna bilər və heç bir problem yoxdur. Ancaq icbari təhsildən yayınma qanundankənar bir hadisədir. Əgər valideynlər övladlarının məktəbə getməsinə mane olurlarsa, onlar da cinayətə cəlb olunmalıdırlar. Çünki Azərbaycan Konstitusiyasına görə, 9 illik təhsil icbaridir. Eyni zamanda orada bəzi icmalar fəaliyyət göstərir və məlum oldu ki, onların bəziləri qeydiyyatdan keçməyib. Niyə keçməyib? Dini icmaların qeydiyyatdan keçməsi dini etiqad azadlığı haqqında qanuna uyğun olaraq tənzimlənir və onlar da öz icmalarını qeydiyyatdan keçirməlidirlər. Qeydiyyatdan kənar əlbəttə ki, qanundankənar fəaliyyət göstərir. Buna yol verilməməlidir. Burada bəziləri var ki, ayrı-ayrı şəxslərin, fanatların təsiri altındadır, onların İslam dininə heç bir aidiyyəti yoxdur. İslam dini sülh dinidir. Həmin hadisələrdə iştirak edən terrorçular, köməkçilərinin, tərəfdarlarının tapılması istiqamətində də geniş axtarış tədbirləri həyata keçirilməlidir. Bütün versiyalar araşdırılmalıdır ki, bütövlükdə bunun əsas təşkilatçıları kimlərdir, digər bölgələrdə də bu qruplara qarşı eyni sərt tədbirlər həyata keçirilməlidir. Çünki ölkəmiz dünyəvi dövlətdir, din mənəvi ehtiyacdan irəli gələn bir məsələdir. Bizim yetərincə din xadimlərimiz var, QMİ yetərincə fəaliyyət göstərir. Ancaq ekstremist, ölkənin müstəqilliyinə, sabitliyinə qarşı çıxan şəxslərlə biz bir yerdə ola bilmərik və onların söylədikləri də din adından söylənə bilməz. Əsl din xadimi, inanclı adam bu cür təxribatçı hərəkət etməzdi ki, onlar öz vətəndaşlarına qarşı terror törətdilər”.

Arzu Nağıyev: “Dini radikalizm forma və metodundan asılı olmayaraq rüşeymində məhv edilməlidir”
Siyasi şərhçi Arzu Nağıyev isə bildirdi ki, Nardaran hadisələri dini radikalizmin dövlət və milli təhlükəsizliyə təhdid kimi qəbul edilməsinin bariz nümunəsidir: “Yəni dini radikalizm forma və metodundan asılı olmayaraq rüşeymində məhv edilməlidir. Azərbaycan ən tolerant və dini inanclara hörmətlə yanaşan dünyəvi bir dövlətdir. Bu gün hansısa bir qurum dövlət quruluşunu dəyişməyə çalışırsa, dini dövlət yaratmaq istəyirsə, bununla dövlətçiliyə qarşı çıxmaq istəyir, yəni Azərbaycan Konstitusiyasına qarşı çıxır, cinayət etmiş olur. Buna görə də öz havadarları hesabına maliyyələşən belə qurumlar dərhal ləğv edilməlidir. Digər bir məsələ isə cəmiyyətdə maarifləndirməni gücləndirmək, dini məfhumları daha dərindən izah etməkdir, bununla məşğul olan qurumlar arasında daha mükəmməl əlaqələr olmalıdır”. O da vurğulandı ki, bəzi qüvvələrin yerli əhaliyə qarşı təhdidlərə yol verməsi, o cümlədən uşaqların təhsildən yayınmasına şərait yaratmaları mənfi haldır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info