Ermənistanın xarici ticarət dövriyyəsi 20,4 faiz azalıb
Tarix: 02.12.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Ermənistan yenə də zəlil durumdadır. Ölkədə fəaliyyət göstərən müxtəlif rəsmi nəşrlər də ölkədəki sosial-iqtisadi vəziyyətin nə qədər acınacaqlı olduğunu etiraf etməkdədir. Belə ki, “Lragir” nəşri xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 3 900,9 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% azdır.
Bu barədə Ermənistan Milli Statistika Xidmətinin saytında məlumat yerləşdirilib. Xidmətin məlumatına görə, bu ilin on ayı ərzində ölkədə ixracın həcmi 2,2 faiz azalaraq 1223.4 milyon dollar, idxal isə 26,6 faiz azalaraq təxminən 2 677.5 milyon dollar təşkil edib. Bunun nəticəsində ölkənin ticarət kəsiri 1 454 milyon dollar təşkil edib İlkin məlumatlara görə, qiymətlərdə əksini tapan xarici ticarət balansındaki mənfi saldo 1 041.8 milyon dollar təşkil edib. Qeyd edilməlidir ki, bu dövr ərzində MDB ölkələri ilə Ermənistanın xarici ticarət dövriyyəsi 1.149.8 milyon dollar təşkil edib ki, bu da 17,3 faiz azalma deməkdir. MDB ölkələri ilə ticarətdə mühüm yer tutan Rusiya ilə ticarət dövriyyəsi 14.8 faiz azalaraq 989,7 milyon dollar, Ukrayna ilə 37,1 faiz azalaraq 106,1 milyon dollar, Belarus ilə isə 19,5 faiz azalaraq cəmi 26,1 milyon dollar təşkil edib. Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Ermənistanın Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsinin həcmi təxminən 998.6 milyon dollar, digər ölkələrlə isə ümumi 1.752. 5 milyon dollar təşkil edib. Burada da müvafiq olaraq 24,3 və 19,9 faizlik azalmalar müşahidə edilib. Ermənistan üçün ağır məqamlardan biri də ölkəyə daxil olan pul köçürmələrinin azalmasıdır. Ermənistan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, bu ilin oktyabrında fiziki şəxslərin adına xaricdən göndərilən pul köçürmələri 80 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 133 milyon dollar təşkil etmişdi. Ermənistan Mərkəzi Bankı bildirir ki, ötən ilin on ayı ərzində ölkəyə daxil olan pul köçürmələri 1 mlrd. 203 milyon 733 min dolar təşkil etmişdisə, bu ilin müvafiq dövründə bu göstərici cəmi 743 milyon 566 min dollar olub. “Joxovurd” nəşrinin məlumatına görə, baş verənlər nəticəsində xaricdən göndərilən pul köçürmələri hesabına yaşayan kasıb əhali yarım milyard dollarlıq “kasıblayıb”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info