Gəncə şahmatçısı reytinq xarakterli kubok turnirinin qalibidir
Tarix: 02.12.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində (RİOEUGŞM) rapid üzrə reytinq xarakterli kubok turniri keçirilib. Yarışda ölkənin tanınmış qrossmeysterləri və beynəlxalq ustaları, kişilər və qadınlardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə yanaşı, həmçinin gənc və yeniyetmə şahmatçılar da iştirak ediblər.
Turnirdə qrossmeysterlərdən Rauf Məmmədov, Vüqar Rəsulov, Zaur Məmmədov, Xəyalə Abdulla və digərləri iştirak ediblər. Məktəbin direktoru Natiq Məmmədovun sözlərinə görə, qaliblər medal, diplom, pul mükafatı, birinci yeri tutan şahmatçı isə kuboku ilə təltif olunub. Ümumilikdə turnirdə paytaxt şahmatçıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən 88 idmançı qalib adı uğrunda mübarizə aparıb. Onlardan fəxri kürsünün ən yüksək pilləsinə 9 turun nəticələrinə görə, Gəncə təmsilçisi Vüqar Rəsulov qalxıb. İkinci və üçüncü yerləri Bakı zəka sahibləri İsmayıl Şahəliyev və Kənan Heydərli tutublar. Qadınlar arasında ən yaxşı nəticəni Gəncə şahmatşısı olan beynəlxalq usta Ülviyyə Fətəliyeva göstərib. İkinci yerə Xəyalə Abdulla, üçüncü pilləyə isə Səbinə İbrahimova sahib olublar. Müxtəlif yaş kateqoriyalarında isə yarışın qızıl medalçıları Gövhər Beydullayeva, Məhəmməd Muradlı (hər ikisi - 12 yaş), Nərmin Nəsibova, Xəzər Bababzadə (hər ikisi - 10 yaş) və Xumar Məhərrəmova və Raul Muxtarov (hər ikisi - 8 yaş) olublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info