İlham Zəkiyev altıqat Avropa çempionu oldu
Tarix: 02.12.2015 | Saat: 01:10:00 | E-mail | Çapa göndər


Azərbaycanın cüdo üzrə paralimpiya komandası Portuqaliyada Avropa çempionatında uğurla çıxış edib, üç qızıl, üç gümüş və iki bürünc medal, eyni zamanda 2016-cı ilin Paraolimpiya Oyunlarında lisenziyalar
qazanıb.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, yığmamızın lideri İlham Zəkiyev (100 kq-dan yuxarı) qitə çempionatında altıncı dəfə qalib gələrək, karyerasında böyük uğura imza atıb. İkiqat paralimpiya çempionu Bakıda Avropa Oyunlarında qazandığı qələbənin ardınca Portuqaliyada daha bir qızıl medalın sahibi olub. O, yarımfinal mərhələsində britaniyalı Cek Hocsonu məğlub edib, finalda isə rusiyalı Qaydar Qaydarovdan üstün olub. Bayram Mustafayev (66 kq) və Ramin Qasımov (73 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. B.Mustafayev əvvəlcə İspaniya təmsilçisi Daniel Qavilanı, sonra rusiyalı Viktor Rudenkonu, finalda isə Rusiyanın daha bir təmsilçisi David Xoravı məğlubiyyətə uğradıb. R.Qasımov Alvaro Lorensoya (İspaniya), Sergey Kotenkoya (Ukrayna) , həlledici görüşdə isə Dmitri Solovyova (Ukrayna) qalib gəlib. 2012-ci il Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimov (62 kq) və Rövşən Səfərov (82 kq) gümüş medal qazanıblar. Ramin start görüşündə Zaur Cəbrayılova (Rusiya), sonra Rəcəb Çiftçiyə (Türkiyə) qalib gəlsə də, finalda Vitali Koryakinə (Rusiya) uduzub. Rövşən isə Valeri Teodorini (İtaliya) Siril Yonardı (Fransa) mübarizədən uzaqlaşdırsa da, həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Kostinova uduzub. Yarımfinal mərhələsində Rusiya təmsilçisi Malik Qurbanova uduzan Kənan Abdullaxanlı (100 kq) bürünc medal uğrunda mübarizəni davam etdirib. O, İspaniya təmsilçisi İniqo Herbolesə qalib gələrək, Fəxri kürsüdə yerini təmin edib, habelə Paraolimpiya Oyunlarına lisenziya qazanıb. Qeyd edək ki, minimum vəzifəni yerinə yetirən İlham Zəkiyev, Bayram Mustafayev və Ramin İbrahimov da 2016-cı ilin Oyunlarına vəsiqə qazanıblar. Azərbaycan komandası qadınların birinciliyində də uğurla çıxış edib. Əvvəlcə Gülxan Kılıc (Türkiyə), Yelena Boqdanovaya (Rusiya) qalib gələn Səbinə Abdullayeva (57 kq) finalda ukraynalı İnna Çernyaka məğlub olub. Afaq Sultanova 63 kq-dək çəki dərəcəsində bürünc medal qazanıb. Azərbaycan yığması ümumi hesabda üçüncü yeri tutub. Birinci və ikinci yerləri Rusiya və Ukrayna komandaları bölüşüblər. Paralimpiyaçı cüdoçularımız üçün Portuqaliya çempionatı 2016-cı ildə Reo-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunları ərəfəsində sonuncu reytinq turniri olub.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
“Barselona“ “Yuventus“un futbolçusunu alır
23.08.2019
Bakıda ilk dəfə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək
23.08.2019
Ozan Can Kökçü rəsmən “Sabah”da!
23.08.2019
“Real“ yeni transferini icarəyə göndərdi
23.08.2019
Kompani istefaya göndərildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info