Qaz sayğaclarını yoxlayacaq müasir qurğular alınıb
Tarix: 02.12.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin ``Qazservisinformatika`` Departamenti üçün yeni alınmış sınaq qurğularına baxış keçiriblər.
Yeni sınaq qurğuları sisteminin yaranma səbəbləri haqqında məruzə dinlənilib. Bildirilib ki, 2009-cu ildə ölkə üzrə 1 mln. 280 min abonent rəsmən qeydiyyata alınıb. Lakin faktiki olaraq, qaz alan istehlakçıların sayı təxminən 752 min idi. 2011-ci ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması nəticəsində real qaz alan abonentlərin sayı artaraq, 1 mln. 298 min olub. 2009-cu il səviyyəsinə çatdırılıb və keçilib. Hazırda isə ölkə üzrə təbii qazla təchiz olunan abonentlərin sayı 1 mln. 801 min təşkil edir. Eyni zamanda, 2010-cu ildən etibarən müasir standartlara cavab verən “Smart” tipli sayğacların genişmiqyaslı tətbiqinə başlanıldı, köhnə sayğaclar istifadədən çıxarılıb və bu proseslərlə əlaqədar qaz həcmlərinin düzgün hesablanması, sərf olunan qazın dəqiq uçotunun aparılması, istehlakçıların hüquqlarının daha etibarlı qorunması xüsusi aktuallıq kəsb edib. Bu məqsədlə departamentin yoxlama qurğularının müasirləşdirilməsinə və istehsal gücünün artırılmasına zərurət yaranıb, odur ki, ən müasir standartlara cavab verən 5 dəst Almaniya istehsalı olan yeni sınaq qurğusu alınaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılıb və quraşdırılıb. Yeni qurğuların imkanları, iş mexanizmləri haqqında SOCAR prezidentinə məlumat verilib. Geniş imkanlara malik yeni qurğular iqtisadi baxımdan səmərəliliyi ilə fərqlənir. Yeni nəsil qurğular əvvəlkilərdən fərqli olaraq eyni vaxtda 6 rotor tipli qaz sayğacını sınaqdan keçirmək (kalibrləmək) imkanına malikdir. Qurğular universal proqram təminatı əsasında fəaliyyət göstərir, işçi personal ayrı-ayrı stendlərdə müxtəlif sayğaclarla vahiq proqram əsasında işləyə bilir və bu da servis xidmətini xeyli asanlaşdırır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Prezident bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib- YENİLƏNİB
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb
20.09.2018
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info