Nardaranda konstitusiya normaları bərpa edilib
Tarix: 02.12.2015 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya normaları bərpa edilib.
Azərbaycan dövləti ekstremistlərə, müxtəlif təxribatçı qüvvələrə, onların havadarlarına öz gücünü və qətiyyətini nümayiş etdirdi. Əməliyyatın məqsədi uzun illərdir Nardaranı orada yuva salmış radikal ekstremistlərdən təmizləmək, dövlət orqanlarının fəaliyyətini bərpa etmək, qəsəbədə mövcud olan mənfi ab-havanı aradan qaldırmaq, əmin-amanlığı və normal həyat ritmini bərpa etməkdir.
Artıq qəsəbənin küçə və meydanları ekstremist ünsürlərin qurduğu maneələrdən, qara bayraqlardan, o cümlədən Azərbaycanın müstəqilliyinə, azadlığına, demokratiyaya qarşı yönəlmiş radikal dini rəmzlərdən təmizlənib. İndi Nardaranda sivil və müasir cəmiyyət qayda-qanunlarına uyğun ab–hava bərpa edilib.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov bildirib ki, Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının daxili işlər nazirinin əmrinə əsasən xüsusi əməliyyatın keçirilməsinə dair tədbirlər planı hazırlanıb. Həmin planın icrası məqsədilə Daxili İşlər Nazirliyinin polis orqanlarının və Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Əməliyyat tədbirləri dekabrın 1-də bütün gün ərzində uğurla həyata keçirilib və müvafiq göstərişin icrası tam təmin olunanadək davam etdiriləcək. Nardaran qəsəbəsində asayiş və ictimai təhlükəsizlik tam təmin olunacaq.
Daxili Qoşunların komandanı deyib ki, qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlar tərəfindən ciddi riayət olunur.
Cinayətkar qrupların üzvləri hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Təxribatların iştirakçısı olan digər şəxslər də aşkarlanaraq məsuliyyətə cəlb ediləcək. İnsanları itaətsizliyə və müqavimət göstərməyə çağıran ekstremist dəstənin üzvlərinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Hadisələr zamanı ictimai qaydaları pozan, polisə müqavimət və itaətsizlik göstərən şəxslər barəsində qanun çərçivəsində ölçü götürüləcək.
Hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribatlar törədilməsi, təhdid və təzyiq vasitəsilə insanların radikallığa və itaətsizliyə məcbur edilməsi cəhdlərinin qarşısı bundan sonra da ən sərt şəkildə alınacaq. Azərbaycan dövləti belə halların bir daha təkrarlanmaması üçün zəruri tədbirləri sonadək davam etdirməkdə tam qətiyyətlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info