“Ekstremistlərin əməlləri ictimaiyyətin haqlı hiddət və etirazına səbəb oldu”
Tarix: 02.12.2015 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Azərbaycanda mövcud olan tolerantlıq bir çox ölkələrə nümunə kimi göstərilməkdədir. Bu faktı əcnəbi vətəndaşlarla yanaşı, beynəlxalq təşkilatlar da təsdiqləyir. Belə bir mühitin və cəmiyyətin qarantı, əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan Prezidentidir. Ölkəmizdə dilindən, dinindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqları təmin edilir.
Bu fikirləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov müsahibəsində səsləndirib.
Ş.İsmayılov təəssüf hissi ilə vurğulayıb ki, din pərdəsi altında fəaliyyət göstərən, əslində isə xarici dairələrin sifarişi ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa və qarşıdurma yaratmağa cəhd göstərən radikal ekstremist qüvvələr ölkəmizdəki demokratik mühitdən sui-istifadə etmək istəyirlər. Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlətdir. Xalqın iradəsi ilə Konstitusiyamızda təsbit edilmiş bu prinsiplər respublikamızın demokratik və sivil dünyanın tərkib hissəsi olmasını şərtləndirən əsas amillərdir. Məhz buna görə də ölkəmizdə hər bir məsələ qanun çərçivəsində tənzimlənir. Bütün bu nüansları nəzərə alaraq demək istəyirəm ki, özünü “Müsəlman birliyi” adlandıran hərəkatın və onlara havadarlıq edən destruktiv elementlərin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da qətiyyətlə davam etdirilməlidir.
“Azərbaycanı zəiflətməyə çalışan, müəyyən xarici dairələrlə əlbir olan ünsürlər qanunları kobud şəkildə pozaraq bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri burada da təkrarlamaq istəyirlər. Belə bir təhlükəli məqamda təbii olaraq, Azərbaycan dövləti bu xoşagəlməz hadisəyə reaksiya verməli və ölkənin hər yerində olduğu kimi, Nardaran qəsəbəsində də sabitliyi, o cümlədən əhalinin təhlükəsizliyini təmin etməlidir” – deyə Ş.İsmayılov vurğulayıb.
Həmsöhbətimiz qeyd edib ki, hüquq mühafizə orqanlarının sayıqlığı və peşəkarlığı sayəsində ekstremist dəstənin riyakar planlarının qarşısı qətiyyətlə alınıb. Bu əməliyyat asayiş keşikçilərinin həyatı bahasına başa gəlib. Radikal ekstremistlər polisə silahlı müqavimət göstərib, iki polis əməkdaşını qətlə yetiriblər. Bütün bunlar ictimaiyyətin haqlı hiddət və etirazına səbəb olub.
Ş.İsmayılov daha sonra deyib: “Azərbaycan xalqı islami dəyərlərə həmişə hörmətlə yanaşır. Bu gün dövlətimiz vicdan azadlığının qarantı kimi çıxış edir, dindarlara öz ibadətlərini sərbəst şəkildə həyata keçirməyə şərait yaradır. Ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşıb və dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müqəddəs Qurban və Ramazan bayramları münasibətilə xalqımızı təbrik etməsi, dini mərasimlərdə iştirakı, məscidlərin bərpasına vəsait ayrılması mənəvi dəyərlərimizin qorunmasına qayğının əyani təcəssümüdür. Belə bir şəraitdə din pərdəsi altında təxribatlar törətmək nə qanunlara, nə də məntiqə sığışmır”.
Milli Məclisin deputatı əminliklə bildirib ki, dövlətimiz kifayət qədər güclüdür və heç bir qüvvənin ölkədəki sabitliyi pozmasına, məkrli niyyətlərin baş tutmasına imkan verməyəcək. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaq, hüquq mühafizə orqanları Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirəcəklər.
Bu gün Azərbaycanda dövlətçiliyimizə sadiq, Prezident İlham Əliyevin xalqımızın maraqlarına xidmət edən siyasətini dəstəkləyən böyük gənclər ordusu var. Xarici ölkələrdə lobbiçiliklə məşğul olan, elm sahəsində çalışan, ordu sıralarında xidmət edən, eləcə də hüquq mühafizə orqanlarında fədakarcasına fəaliyyət göstərən gənclərimiz müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda əzmlə çalışırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info