“Bizdə inanclı insanlara olan diqqət və qayğı heç bir ölkədə yoxdur”
Tarix: 02.12.2015 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Azərbaycanda əsrlərdir ki‚ müxtəlif millətlər və xalqlar‚ müxtəlif inanclı insanlar və fərqli dinin nümayəndələri yaşayırlar. Azərbaycan xalqının ən böyük üstünlüyü əvvəla onun qonaqpərvərliyi, yüksək insani keyfiyyətləridir və qətiyyətlə qeyd etmək olar ki‚ bütün humanist dəyərlər və üstün keyfiyyətlər Azərbaycan xalqında cəmləşib. Mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakter Azərbaycan xalqında mövcuddur.
Sovet dövründə imperiya rəhbərliyinin Azərbaycana qarşı bəslədiyi daxili düşmənçilik hissləri burada yaşayan bir çox xalqlardan da yan keçməmişdi. Sovet hökuməti və kommunist partiyasının siyasi və dini fəlsəfəsi ateist və materialist ideologiyaya əsaslandığından bütün inanclı insanlara qarşı imperiya dövründə amansız divan tutuldu və bir çox xalqlara qarşı sözün həqiqi mənasında genosid siyasəti həyata keçirildi. Lakin tale Azərbaycanın üzünə güldü ki‚ müstəqillik qazanılan zaman Azərbaycana dahi şəxsiyyət, böyük siyasətçi, zəngin dövlətçilik təcrübəsinə malik olan, bütün dünyada hörmətlə qarşılanan müdrik insan Heydər Əliyev rəhbərlik etməyə başladı.
Deyərdim ki‚ Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi Azərbaycan xalqının və bu ölkədə yaşayan bütün etnik xalqların‚ millətlərin və o cümlədən buradakı müxtəlif dini inanclı insanların xoşbəxtlik tapması idi. 90-cı illərin acınacaqlı günlərində hakimiyyət başına gələn dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri ölkədəki bütün millətlərə hörmətlə yanaşılması‚ bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi. Qətiyyətlə demək olar ki‚ Heydər Əliyevin bu yüksək alqışa layiq ideyaları Azərbaycandakı bütün millətləri bir-birinə yaxınlaşdırdı‚ doğmalaşdırdı və qardaşlaşdırdı.
Eləcə də hər bir dini icmaya dövlət dəstəyi göstərildi‚ bütün etnik və dini icmalar‚ müsəlman və qeyri-müsəlman icmaları hər zaman öz həyatlarında Azərbaycan dövlətinin və xüsusən bu dövlətin sarsılmaz təməllərini atan ulu öndər Heydər Əliyevin qayğısını və diqqətini hər zaman hiss etdilər. Bu, bütün etnik millətlərə‚ bütün dini icmalara və bütün müxtəlif dini inanclı kəsimə şamil olundu. Bu gün Azərbaycanda elə bir dini icma və elə bir etnik azlıq təşkil edən millət yoxdur ki‚ onlar Azərbaycan dövlətinin dəstəyini görməmiş olsun. Bütün dini obyektlər‚ Məscidlər‚ ziyarətgahlar‚ pirlər‚ kilsələr‚ sinaqoqlar hamısı Azərbaycan dövləti tərəfindən hər zaman himayə olunub‚ dəstəklənib‚ xüsusi dövlət proqramı çərçivəsində yardımlar olunub‚ hörmət və ehtiram göstərilib. Təbii ki‚ bütün yüksək insani dəyərlərin təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Heydər Əliyev siyasi irsinin layiqli davamçısı‚ Heydər Əliyev dühasının yetirməsi cənab İlham Əliyev tərəfindən də çox uğurla və müvəffəqiyyətlə davam etdirilir.
İlham Əliyevin humanist addımları‚ yüksək insani keyfiyyətləri və ulu öndər Heydər Əliyevdən zəngin dövlətçilik dərsi almış olması Azərbaycan üçün çox böyük uğurlara imza atdırıb. Tam məsuliyyətlə vurğulayıram ki‚ dünyanın bir çox ölkəsini və bir çox dini obyektləri‚ dini icmaları gəzib ziyarət etmiş birisi olaraq qeyd edirəm ki‚ Azərbaycanda olan tolerantlıq‚ dini azadlıq‚ dinlərarası mədəniyyət və qarşılıqlı hörmət prinsipləri və dövlətin müxtəlif dini inanclı insanlara‚ müxtəlif millətlərə olan diqqəti və qayğısı deyərdim ki, heç bir ölkədə yoxdur. Azərbaycan dünyada yeganə ölkədir ki‚ burada dini və milli ayrıseçkilik yoxdur‚ heç bir milli və dini zəmində qarşıdurma yoxdur‚ ən əsası isə dövlətin ikili mövqe siyasəti yoxdur. Azərbaycanda əvvəldən dövlət yaradılarkən qurulan tolerant ideologiya bu ölkənin dayaqlarını daha da sarsılmaz edir.
Bu gün Azərbaycanda yaşayan bütün millətlər və müxtəlif dini inanclı insanlar Azərbaycan dövlətinin mövqeyini və siyasətini cani-könüldən dəstəkləyir və hər zaman dövlətin qayğısından son dərəcə razılıqlarını ifadə edirlər. Eyni zamanda dövlətin həyata keçirtdiyi dəqiq və qüsursuz siyasət Azərbaycandakı bütün xalqları bir-birinə doğmalaşdırıb və bütün azlıq təşkil edən millətlərin nümayəndələri əmin-amanlıq içərisində çox təhlükəsiz və sağlam mühitdə yaşayırlar. Təbii ki, bu‚ Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin siyasətinin yüksək bəhrəsi və onlara vermiş olduğu böyük töhfədir.
Murad Salmanov




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info