İctimai Valideyn Şuraları yaradılıb
Tarix: 02.12.2015 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Universitet Təhsilli Qadınlar Cəmiyyətinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili məqsədilə bələdiyyələrin nəzdində İctimai Valideyn Şuralarının yaradılması” adlı layihə başa çatıb. Layihənin məqsədi valideynlərin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkilinə və yerli əhəmiyyətli sosial məsələlərinin həllinə cəlb edilmək məqsədilə bələdiyyələrin nəzdində İctimai Valideyn Şuralarının yaradılmasıdır. Layihə Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsi ilə birlikdə icra olunub. İctimai Valideyn Şuraları gündəlik ictimai həyatda meydana çıxan problemlərin, ilk növbədə uşaq, yeniyetmə və gənclərlə bağlı problemlərin həllinə yönəldilmiş birgə fəaliyyətin həyata keçirən vətəndaşların könüllü birliyidir.
Layihə çərçivəsində fəaliyyət planına uyğun olaraq, Qızıldaş qəsəbə bələdiyyəsi ərazisində İctimai Valideyn Şurası (İVŞ) təşkil edilib, İVŞ-ı və bələdiyyə üzvləri üçün silsilə maarifləndirmə (mövzular: “İctimai iştirakçılıq haqqında” qanun; bələdiyyələrin hüquq və vəzifələri; əhali ilə yerli özünü idarəetmə orqanları arasında əməkdaşlığın, dioloqun qurulması; uşaq və gənclərlə bağlı dövlət siyasəti; ekoloji mədəniyyət, mədəni-kütləvi tədbirlərin təşkili və s.) təlimləri keçirilib.
Layihə çərçivəsində həmçinin uşaqların asudə vaxtlarının təşkili məqsədilə ingilis dili kursları təşkil edilib.
Universitet Təhsilli Qadınlar Cəmiyyəti və Qaradağ rayonu Qızıldaş qəsəbə bələdiyyəsi layihə bitdikdən sonra da əməkdaşlığı davam etdirmək, gələcəkdə uşaqların asudə vaxtlarının təşkili, bayramların və mədəni-kütləvi tədbirlərin birlikdə təşkil etmək niyyətindədirlər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info