ATGTİ-nin nümayəndələri beynəlxalq forumda iştirak ediblər
Tarix: 02.12.2015 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Dağıstanın Maxaçqala şəhərində keçirilən “Verşina” Tələbə Təhsil forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Beynəlxalq Əlaqələr departamentinin direktoru Nurxan Babayev, mətbuat katibi İlqar Talıbov və ATGTİ-nin fəal könüllüsü olan Rövşən Cəlilov ölkəmizi təmsil ediblər. Adı çəkilən forum Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin, Rusiya Gənclər İttifaqı və Rusiyanın Tələbə Birliklərinin Assosiasiyasının dəstəyi ilə Dağıstan Dövlət Universitetində keçirilib. Tədbirin əsas məqsədi müxtəlif ölkələrdən olan tələbə-gənclər arasında əlaqələrinin qurulması, gənclərin idarəetmə sahəsində yeni biliklərin əldə olunması və bu sahədə təcrübə mübadiləsinin aparılması olub.
Forum çərçivəsində, ATGTİ-nin nümayəndə heyəti Dağıstanın Gənclərlə iş üzrə naziri Zaur Qurbanov, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov və bir çox rəsmi şəxslərlə görüşlər keçirərək, ATGTİ-nin 6 illik fəaliyyəti, Azərbaycanda gənclərin inkişafı üçün yaradılan hərtərəfli şərait və ümumilikdə ölkəmizdə uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti haqqında çıxışlar ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info