Tarixçi-alimlər beynəlxalq simpoziumda
Tarix: 02.12.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində Atatürk Araşdırma Mərkəzi (ATAM) və Dokuz Eylül Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilib. Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun verdiyi məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun başçılığı ilə institutun əməkdaşları – elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktorları İradə Məmmədova, Bəxtiyar Həsənov və Mahir Qəribov beynəlxalq simpoziumda çıxış ediblər. Azərbaycan tarixçiləri Cəbi Bəhramov və İradə Məmmədova simpoziumun ayrı-ayrı bölmələrinə sədrlik ediblər. Simpoziumun açılış və bağlanış mərasimlərində çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Türkiyə Respublikasının iqtisadi və ictimai inkişafından, Türkiyə Qurtuluş Savaşı zamanı Azərbaycan - Türkiyə iqtisadi əlaqələrindən, müstəqilllik dövründə Azərbaycan və Türkiyə respublikaları arasında iqtisadi əlaqələrin daha da inkişaf etməsindən söz açıb, ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün bütün maneələrin aradan qaldırılmasını tövsiyə etdiyini, hal-hazırda isə Türkiyə ilə iqtisadi əlaqələrin hərtərəfli inkişaf etdiyini bildirib və çıxışını Prezident İlham Əliyevin “Azərbaycan - Türkiyə əlaqələrinin dünyada bənzəri yoxdur” sözləri ilə yekunlaşdırıb. Simpozium zamanı Tarix İnstitutunun əməkdaşları Manisaya gedərək, İkinci Dünya müharibəsi dövründə əsir alınaraq, Avropanın bir çox ölkələrində yaşayan, sonra isə Türkiyənin Manisa şəhərinə köçərək burada məskunlaşan 94 yaşlı Səttar Bakılını ziyarət etmiş, onun Vətən sevgisi ilə dolu xatirələrini dinləmiş və onun haqqında İctimai TV-nin TRT ilə birlikdə hazırladığı sənədli filmin çəkilişində iştirak ediblər. Noyabrın 28-də simpozium iştirakçıları İzmirin tarixi abidələrini ziyarət ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info