Vətəndaşları dini fanatizm hərəkətlərinə məcbur edənlər cəzalandırılacaq
Tarix: 02.12.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul olunacaq. 15 maddədən ibarət qanun layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.
 Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında deyib ki, qanun Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilatı əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir. Layihədə radikalizm və fanatizmin təbliğ olunması, ölkənin Konstitusiya quruluşuna, onun dünyəvi xarakterinə qarşı fəaliyyətlərin həyata keçirilməsi, ərazi bütövlüyünün tanınmaması ekstremist fəaliyyət sırasına aid edilir. Qanunsuz silahlı birləşmələr yaratmaq, terror fəaliyyətləri həyata keçirmək, ölkənin hüdudlarından kənarda silahlı birləşmə və münaqişələrdə iştirak, milli ləyaqəti aşağılamaq, dini mənsubiyyətə görə vətəndaşlara qiymət vermək təhlükəli əməl sayılır. İnsanları dini etiqada vadar etmək, müxtəlif mərasimlərə gəlməyə məcbur etmək, müxtəlif dini təhsilə vətəndaşları cəlb etmək də qanunun hüquqi çərçivəsinə daxildir və eyni dərəcədə məsuliyyət yaradan hallar kimi müəyyənləşdirilib.
Layihəyə əsasən dini ekstremizmə qarşı mübarizənin əsas prinsipləri qanunçuluğun təmin edilməsi və dini ekstremizmə görə cəzanın labüdlüyüdür. Qanun layihəsində dini ekstremizm əleyhinə mübarizə aparılan xüsusi zonanın hüquqi rejimi ayrıca fəsil kimi verilib. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın həyata keçirildiyi zonada bu əməliyyatı aparan şəxslər aşağıdakı hüquqlara malik olacaq:
 - Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında nəqliyyat vasitələrinin və piyadaların hərəkətini müvəqqəti məhdudlaşdıran və ya qadağan edən tədbirləri tətbiq etmək. Ərazinin müəyyən sahələrinə və obyektlərə nəqliyyat vasitələrini və piyadaları buraxmamaq;
 - Fiziki  şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadan onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarını qadağan etmək;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasına giriş və ya bu zonadan çıxış zamanı fiziki şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələri və nəqliyyat vasitələrində olan əşyalara texniki vasitələr tətbiq etməklə baxış keçirmək;
- Fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlamaq, belə sənədlər olmadıqda isə şəxsiyyətin müəyyən edilməsi məqsədilə həmin şəxsləri İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş qaydada və müddətdə tutmaq;
 - Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması məqsədilə fiziki şəxslərin mənzil və digər yaşayış yerlərinə, onların torpaq sahələrinə, nəqliyyat vasitələrinə, habelə mülkiyyət formasından asılı olmayaraq onların ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatı aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxsləri tutmaq;
 - Müqavimət göstərən dini ekstremistləri zərərsizləşdirmək;
 - Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar zərurət yarandıqda fiziki şəxsləri əməliyyat zonasından köçürtmək, binaların, qurğuların və digər tikililərin sökülməsini təmin etmək;
 
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında fiziki və hüquqi şəxslərə rabitə xidmətinin və kommunal xidmətin göstərilməsini müvəqqəti dayandırmaq.
 - Dini ekstremizm fəaliyyətini aşkar etmək, həmin fəaliyyətə qarşı mübarizə aparmaq və onun qarşısını almaq məqsədilə telefon danışıqlarına qulaq asmaq, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarılması və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunda nəzərdə tutulmuş digər əməliyyat-axtarış tədbirlərini tətbiq etmək;
 - Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında sanitar epidemioloji baytarlıq və karantin tədbirlərini tətbiq etmək;
 - Dini ekstremizm əleyhinə xüsusi əməliyyat zonasında tərkibində narkotik və psixotrop maddə olan dərman vasitələrinin dövriyyəsini məhdudlaşdırmaq.
 Z. Oruc bildirib ki, bu, çox mühüm məsələdir. Sadə dilə çevirsək, ölkənin bütün ərazisində dini ekstremizm baş qaldıra bilməz, bunun lokal ərazilərdə mənbəyi olur: “Məsələn, bu gün Nardaran hadisələri zamanı Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar ictimai təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərir. Orada fövqəladə vəziyyət elan etmədən konkret əməliyyat-axtarış tədbirləri reallaşdırılır, xüsusi yoxlama rejimi müəyyənləşdirilir. Bu o deməkdir ki, hansısa qüvvələr dedikdə buradakı fəaliyyətin hüquqi əsası varmı, oraya hərbi qüvvələr yeridilə bilərmi, orada hansı qoşun növləri olmalıdır, komendant saatı tətbiq olunmalıdır, ya yox, yaxud konkret lokal ərazidə fövqəladə vəziyyət tətbiq olunmalıdırmı? Bütün bu məsələlərlə bağlı həmin zona üzrə hüquqi rejim qanunla tənzimlənəcək. Qanun layihəsində qeyd edilir ki, bu, hansı növ təhlükədir və bununla bağlı hansı addım atılmalıdır”.  
 Z. Oruc qanun layihəsinin müzakirəsi zamanı təkliflərlə çıxış edəcəyini bildirib: “Konstitusion quruluşun dəyişməsinə görə cəzaların tətbiqləri, dini məzhəb bölgüləri və yaxud vətəndaşların məcburən dini fanatizm hərəkətlərinə məcbur edilməsi, müxtəlif dini ayinlərin həyata keçirilməsi hamanı qanunsuz hərəkətlərə yol verməyə görə hər birinin hüquqi məsuliyyəti müəyyənləşməlidir. Yəni hər bir cinayət və onun cəzasının konkret hüquqi çərçivəsi aydınlaşmalıdır”.
 Layihə Milli Məclisin dekabrın 4-də keçiriləcək iclasına tövsiyə ediləcək.






 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info