Elvin Aslanov: “Nardaranda gənclərlə maarifləndirici iş aparmaq lazımdır”
Tarix: 02.12.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Son günlərdə Bakı şəhərinin Nardaran qəsəbəsində baş verən hadisələr cəmiyyətimizin hər bir üzvünü dərindən düşündürməkdədir. Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da baş verən hadisələrlə bağlı bizə öz fikirlərini bildirib: “Ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf hər zaman bəzi xarici dairələri dərindən narahat edib. Çox təəssüflər olsun ki, bəzi vətəndaşlarımız da bu cür kənar qüvvələrin təsiri altına düşərək ictimai-siyasi sabitliyi pozmaq üçün pozucu hərəkətlərə yol verirlər. Baş verən hadisələrdə əsas olaraq gənclərin istifadə olunması da çox məyusedicidir. Təbiidir ki, ölkəmizdə sabitliyin qarantı olan dövlətimiz bu cür hadisələrin qarşısını almaqda lazımi gücə malikdir. Amma, bu cür hadisələrin təkrarlanmaması üçün Nardaran qəsəbəsində yaşayan əhali arasında, xüsusilə gənclər arasında profilaktik işlərin aparılmasına ehtiyac var. Azərbaycan Tələbələr Birliyi olaraq bu sahədə istənilən fəaliyyəti öz üzərimizə götürməyə hazırıq. Çünki, biz əminik ki, Nardaran gənclərinə düzgün yol göstərilsə, onlara müxtəlif maarifləndirmə üsulları vasitəsilə düzgün və dəqiq məlumatlar çatdırılsa, məhz o gənclər dövlətçiliyimizin əsas tərəfdarlarına çevriləcəklər. Bu cür işin aparılması ilə biz cəmiyyətimizdə müxtəlif qruplaşmaların, bölücülük fəaliyyətinin olmasını istəyən qüvvələrə açıq mesaj verə bilərik. Bizim dinimizdə, müqəddəs kitabımız olan Qurani-Kərimdə fitnə-fəsada, bölücülüyə yer yoxdur. Ona görə də biz, bizi istəməyənlərə qarşı bir olmalıyıq və onlara cavabı məhz birliyimiz vasitəsilə verməyilik”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info