Göygöl və Gədəbəydə Qarabağ əlilləri və şəhid ailələri evlə təmin edilib
Tarix: 02.12.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Göygöl rayonunda 1 ədəd, Gədəbəy rayonunda 2 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
Yeni evlərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamının uğurlu icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir müavini bildirib ki, bu ilin ötən dövründə Bakıda və respublikanın ayrı-ayrı rayon və şəhərlərində artıq 180-ə yaxın mənzil müharibə əlillərinin və şəhid ailələrinə istifadəsinə verilib. İstifadəyə verilən mənzillərdə ailələrin normal yaşayışı üçün hər bir şərait yaradılıb. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün bölgələrdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi, həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Qeyd olunan rayonların İcra hakimiyyətlərinin, əlil ictimai təşkilatlarının və yerli ictimaiyyətin nümayəndələri Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısından bəhs ediblər. Bildirilib ki, dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipi dayanır. Bunun nəticəsidir ki, dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətli inkişaf tempinə malik Azərbaycanda eyni zamanda güclü sosial siyasət aparılır, mühüm sosial proqramlar icra olunur. Ölkədə müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən tədbirlər də ilbəil daha geniş vüsətlə davam etdirilir.
Yeni fərdi yaşayış evlərinin sahibləri olan müharibə əlilləri və şəhid ailələri ürək sözlərini bildirərək, hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razılıqlarını bildirib, bütün bu işlərə və yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info