“Xaricdə dini təhsil alan azərbaycanlıların sayı həddindən artıq çoxdur”
Tarix: 02.12.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“1991-ci ildən sonra xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının sayı həddindən artıq çoxdur”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda 3000 məscid olduğu halda, xaricdə dini təhsil alanların sayı 2166 nəfərdir.
Qanunla xaricdə dini təhsil almağın qadağan olmadığını deyən G.İsmayılov əlavə edib ki, xaricdə dini təhsil alanların böyük hissəsinin ölkənin ali məktəblərinin də diplomları var: "Xaricdə dini təhsil almaq məsələsini önə çəkdikdə, onlar ölkədəki təhsillə bağlı aldıqları diplomlarını ortaya qoyurlar. Xaricdə təhsillə bağlı məhdudiyyət yoxdur. Amma hər bir xalqın özünəməxsus xüsusiyyətləri, adət-ənənələri olur. Xaricdə dini təhsil alanlar həmin müddətdə oradakı həyat tərzini də mənimsəyirlər. Onlar Azərbaycanda fəaliyyətə başlayarkən təhsil aldıqları ölkələrin bizim üçün yad olan həyat tərzini də burada təbliğ etmiş olurlar. Bu da cəmiyyətdə ciddi problemlər yaradır".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info