Şuranın dəstəyi ilə Cenevrədə multikulturalizmə aid kitabın təqdimatı olub
Tarix: 02.12.2015 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin həyata keçirtdiyi layihə çərçivəsində Cenevrədə “Azərbaycan və İsveçrədə multikulturalizm və dünyəvliyin ortaq dəyərləri” adlı kitabın təqdimat mərasimi olub. Toplantıda Şura üzvü Dilarə Vəliyeva, Şura Katibliyinin məsləhətçisi İlqar Dadaşov, Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Azərbaycan Respublikasının İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin Azərbaycandakı keçmiş səfiri Alan Qidetti, İsveçrənin Gürcüstandakı keçmiş səfiri Lorenzo Amberg, digər diplomatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.
İsveçrənin Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin direktor müavini Daniyel Varner tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Cənab Varner layihəni dəstəklədiyinə görə Şuraya təşəkkürünü bildirib və qeyd edib ki, müxtəlif regionlarda yerləşən Azərbaycan və İsveçrə dövlətləri multikulturalizm və dünyəviliyin qorunub saxlanılması baxımından ortaq dəyərlərə malikdir.
Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov çıxış edərək ölkəmizdə müxtəlif dinlərə və etnoslara mənsub olan şəxslərin əsrlər boyu sülh şəhərində yaşadığını, multikulturalizmin qorunmasının dövlət siyasəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Məmmdov konkret faktlarla Azərbaycanda milli və dini azlıqların hüquq və azadlıqlarının qorunması üçün dövlət səviyyəsində atılan addımlar, habelə multikulturalizmin hüquqi aspektləri haqqında ətraflı məlumat verib: “Son vaxtlar dünyada multikulturalizm ənənələrinin qorunmasına qarşı təhdidlərin artdığı bir vaxtda, Azərbaycanda müxtəlif xalqların birgəyaşayışı nümunəvi model kimi öyrənilə bilər”.
Kitabın İsveçrəyə həsr olunan bölməsini Friburq Universitetinin (İsveçrə) əməkdaşı Nikolas Şmit təqdim edib. N. Şmit İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərin tarixi haqqında danışıb və bu məsələdə federalizm ənənələrinin rolunu xüsusi qeyd edib. İsveçrəli alim təəssüflə bildirib ki, Avropada miqrantlara və dominant olan millətlərə mənsub olmayan şəxslərə qarşı artan fobiya onun ölkəsinə də mənfi təsirini göstərməyə başlayıb.
Avropa İttifaqının Cənubi Qafqaz məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Filip Lefort həm Azərbaycanda, həm də İsveçrədə multikulturalizm və dünyəvliyin qorunub saxlanılmasıı yüksək qiymətləndirib.
Təqdimat mərasimi iki ölkə arasında multikultralizm dəyərlərinin təbliği sahəsində əməkdaşlığın perespektivlərinin müzakirəsi ilə davam etdirilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info