“Ermənistan əhalisi hakimiyyətə nifrət edir”
Tarix: 03.12.2015 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Mehri, Noyemberyan, Sünik, Kacaran, Agarak, Gorus rayonlarının sakinləri yığdıqları bütün məhsulları zibilxanaya tullamaq məcburiyyətində qalıblar”
Dekabrın 6-da Ermənistanda keçiriləcək konstitusiya islahatı ilə əlaqədar mətbuat konfransı keçirən erməni deputat Aram Manukyan 25 gün ərzində qatıldığı təbliğat işlərinin mütəşəkkil və səmərəli olduğu barədə məlumat verib.
“Armenia Today” saytının məlumatına görə, Manukyan bu müddət ərzində 80-dan artıq icma nümayəndəliyinə baş çəkərək, ölkədə aparılacaq islahatlarla bağlı onlarla fikir mübadiləsi apardığını bəyan edib. Siyasətçinin etirafına görə, rayon sakinlərinin əksəriyyəti yekdilliklə “Xeyr” deməklə yanaşı, dövlətin təbliğatına laqeydlik nümayiş etdirirlər. Onların əksəriyyəti hətta dövlətin ünvanına təhqiramiz sözlər işlətməkdən belə, çəkinmirlər: “İnsanlar konstitusiya islahatlarına qarşı deyil, dövlət orqanları tərəfindən irəli sürülən təşəbbüslərə qarşı narazılıq nümayiş etdirirlər”. Aram Manukyan etiraf etmək məcburiyyətində qalıb ki, əgər bir il əvvəl əhalidə hakimiyyətə qarşı, sadəcə olaraq, narazılıq var idisə, indi artıq bu narazılıq nifrətə çevrilib. Bunu ölkə əhalisinin əsas gəlir mənbəyi olan kənd təsərrüfatından əldə etdiyi gəlirin bu il iflasa uğramasını deyən Manukyanın sözlərinə görə, Mehri, Noyemberyan, Sünik, Kacaran, Agarak, Gorus rayonlarının əksər sakinləri daha çox narazıdırlar. Manukyan bildirir ki, əhalinin narazılığı başa düşüləndir. Çünki bu il onlar yığdıqları bütün məhsulları zibilxanaya tullamaq məcburiyyətində qalıblar. Deputata görə, məhz bu narazılıqlar əhalidə dövlətin tədbirlərinə qarşı passivlik və laqeydlik faizini yüksəldib. Qeyd edək ki, araşdırmalar göstərir ki, konstitusiya islahatına “Bəli” deyənlərin ümumi faizi maksimum 17%-dən o tərəfə keçməsə də, “Xeyr” deyənlərin sayında böyük artım var. Manukyana görə, hazırda dövlət seçim qarşısında qalıb: ya bu təşəbbüsdən imtina edərək referendumu təxirə salmalı, ya da seçki prosesinə müdaxilə etmədən insanların öz seçimlərini etməsi üçün onlara imkan yaratmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info