Qazaxıstan öz sahibkarlarını malları bərə ilə daşımağa çağırır
Tarix: 03.12.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Qazaxıstan Respublikası “Atameken” Milli Sahibkarlar Palatası (MSP) yerli sahibkarları öz mallarını bərə ilə daşımağa çağırır. Palata yerli daşıyıcılar üçün alternativ marşrutlar tövsiyə edir.
Palatanın məlumatında deyilir: “Bu gün Qazaxıstana məxsus təxminən 78 vahid yük avtonəqliyyat vasitəsi Gömrük İttifaqının sərhədindədir və onların tranzit üsulla Rusiya Federasiyası ərazisindən (Verxniy Lars, Troyebortnoye və Krupets gömrük postlarından keçməklə) Qazaxıstana gəlməsi məhdudlaşdırılıb. Qazaxıstan Respublikasının (QR) səlahiyyətli dövlət orqanları - QR Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsi, QR İnvestisiyalar və İnkişaf Nazirliyinin Nəqliyyat Komitəsi və “Atameken” MSP yaranmış vəziyyəti öz səlahiyyətləri çərçivəsində tənzimləməyə çalışırlar. Bununla əlaqədar, Rusiya ərazisindən keçməklə Türkiyədən gələn yerli daşıyıcıların diqqətinə çatdırırıq ki, onların hərəkət yolunu şaxələndirmək məqsədi ilə müvəqqəti olaraq alternativ marşrutlardan istifadə etmək mümkündür. Məsələn, Aktau limanında bərə yüklərini müntəzəm emal etmək imkanı var. Təkərli texnikanı “Merkuri-1” və “Akademik Zərifə Əliyeva” (Azərbaycan) tipli dəmir yol bərələrlə daşımaq təklif olunur. Bu tipli bərələrə, müvafiq surətdə, 34 və 44 vahid təkərli texnika (avrofur) yerləşir. Bu bərələrin yüklənməsi üçün sərf edilən vaxt orta hesabla 14 saatdır. Limanın ərazisində eyni vaxtda iki gəmi partiyası, yəni təqribən 75 vahid maşın yerləşə bilər. Əlverişli hava şəraitində limanın aylıq buraxıcılıq qabiliyyəti 2,5-3 min təkərli texnikanın idxal və ixrac əməliyyatlarını yerinə yetirməyə imkan verir. Hazırda Azərbaycanda bərə daşımaları Bakıda yerləşən terminaldan həyata keçirilir. Bakı limanından verilən məlumata görə, təkərli texnika daşınmasının planlaşdırılan həcmi ildə 20 min vahidə yaxındır”.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info