Şəhriyar Məmmədyarov reytinqdə 3 pillə irəliləyib
Tarix: 03.12.2015 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilin son reytinq cədvəlini açıqlayıb. Dekabr üçün müəyyənləşən “Top-100”-də bu dəfə 4 Azərbaycan şahmatçısı yer alıb. Ötən ayla müqayisədə bir şahmatçımız - Rauf Məmmədov “100-lüy”ü tərk edib.
Ötən ay 99-cu olan Məmmədov yenə geriləyib. 2015-ci ilin yekununda həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdur. Ötən ay iki pillə irəliləyən qrossmeysterimiz daha 3 addım yüksələrək, 16-cı yerdə qərarlaşıb. Məmmədyarovun aktivində 2748 xal var. Teymur Rəcəbov (2726) isə geriləməkdə davam edir. Daha 6 pillə geriləyən Rəcəbov ili 28-ci yerdə tamamlayıb. Avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç irəliləyənlər sırasındadı. Aktivində 2698 xalı olan Latviya əsilli şahmatçı 50-ci pilləni 45-ci yerlə dəyişib. Millimizin digər şahmatçısı Eltac Səfərli (2653) “100-lüy”ü tərk etmək üzrədi. 10 pillə geriləyən Səfərli ili 100-cü şahmatçı kimi başa vurub. O, rusiyalı Aleksandr Motilevlə 100-cü yeri bölüşür. Reytinq siyahısının ilk “3-lüy”ündə dəyişiklik olmayıb. Siyahıya yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2834 xala malikdi. İkinci yeri Veselin Topalov (Bolqarıstan, 2803), üçüncü pilləni isə Vişvanatan Anand (Hindistan, 2796) tutur.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info