“Azərbaycan Almaniya iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaşdır”
Tarix: 03.12.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır”. Bu sözləri Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Almaniyanın Şimali Reyn-Vestfalen federal torpağının paytaxtı Düsseldorf şəhərində keçirilən "Azərbaycan iqtisadi və investisiya tərəfdaşı kimi" adlı
konfransda bildirib.

Nazir müavini Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin təmin edildiyini, əlverişli biznes və investisiya mühiti formalaşdığını, ölkədə investorlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb. Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını, ölkəmizin bu istiqamətdə həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırıb. Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən N.Səfərov Azərbaycanın Almaniya ilə əczaçılıq, maşınqayırma və kimya sənayesi sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib, Almaniyanın aparıcı şirkətlərini daha sıx əməkdaşlığa dəvət edib, bu istiqamətdə lazımi dəstəyin göstəriləcəyini vurğulayıb. Alman-Azərbaycan Forumu idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Almaniya iqtisadiyyatı üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb, ölkəsinin Azərbaycan ilə əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bildirib ki, dünyadakı mənfi sosial-iqtisadi proseslərə, bir çox ölkələrin ciddi iqtisadi, maliyyə və sosial problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı bu mənfi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Azərbaycan və Almaniya arasında ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verən Pərviz Şahbazov yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. Şimali Reyn-Vestfalen federal torpağının İqtisadiyyat Nazirliyinin dövlət katibi Qünter Horsetski Şimali Reyn-Vestfalen federal torpağı şirkətlərinin Azərbaycandakı dinamik inkişafdan yararlandıqlarını, 2014-cü ildə Azərbaycana 118 milyon avro dəyərində məhsul ixrac etdiklərini qeyd edib. Dövlət katibi bildirib ki, Şimali Reyn-Vestfalenin "e.ON" enerji şirkəti Azərbaycan bazarının iştirakçısıdır və regionda SOCAR ilə birgə layihələr həyata keçirir. Qünter Horsetski iqtisadi potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Konfransda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Zaur Qardaşov ölkəmizdəki investisiya mühitinə dair təqdimatla çıxış edib. Tədbirdə, həmçinin "Alman İqtisadiyyatının Şərq Komitəsi"nin icraçı direktoru professor Rayner Lintner, təşkilatın regional direktoru Martin Hoffmann, Dortmund Ticarət və Sənaye Palatasının direktor müavini Vulf-Kristian Erix və SOCAR-ın Almaniyadakı nümayəndəliyinin direktor müavini İbrahim Əhmədov çıxış edib. Konfrans "Alman-Azərbaycan Forumu", "Almaniya İqtisadiyyatının Şərq Komitəsi", Şimali Reyn-Vestfalen torpağının "NRW.INVEST" investisiya şirkəti, Şimali Reyn-Vestfalen Ticarət və Sənaye Palatasının və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info