Nümayəndə heyətimiz UNESCO-da erməni təxribatına cavab verib
Tarix: 03.12.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi” nominasiya faylı Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməyərək Ermənistan tərəfinə geri qaytarılıb.
Məlumata görə, Azərbaycanın təqdim etdiyi “Lahıc misgərlik sənəti” nominasiya faylı nümunəvi model kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Qeyri-maddi mədəni irs üzrə Komitənin müvafiq qərarından qəzəblənən Ermənistan nümayəndə heyəti çıxış edərək Komitəyə, Qiymətləndirmə Orqanına, eləcə də Azərbaycan nümayəndə heyətinə qarşı saxta bəyanatlar verməyə cəhd edib, Azərbaycan mediasında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək, Azərbaycan tərəfini məsələnin siyasiləşdirməsində ittiham edib.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Ermənistanın həmişə olduğu kimi, yenidən təxribata, Köçərinin UNESCOtərəfindən qəbul edilməməsini gizlətmək üçün Azərbaycanı provokasiya və şantaja əl atdığını bildirib.
V.Eyvazzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə pislənildiyinə baxmayaraq, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqa, YUNESKO-nun müvafiq konvensiyasının prinsiplərinə və komitəyə hörmət edir.
Keçən il də Ermənistan tərəfindən Komitə qərarının təhrif edilməsi kimi analoji addımın atıldığını Komitə iştirakçılarına xatırladan V.Eyvazzadə Ermənistanın UNESCO-ya Köçəri faylının təqdim etməsinin Azərbaycanın qədim regionu olan Naxçıvana olan işğalçılıq iddiaları ilə bağlı olduğunu diqqətə çatdırıb və çıxışının yekununda Ermənistan tərəfinin dialoq, sosial həmrəylik və qarşılıqlı hörməti təşviq edən Konvensiyaya riayət etməyə çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info