Lavrov: “Suriya-Türkiyə sərhədini bağlamaq lazımdır”
Tarix: 03.12.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


“İŞİD” terrorçu təşkilatı tərəfindən oğurlanan neftin hara getməsi məsələsi ilə məşğul olmaq elə də vacib deyil, Suriya-Türkiyə sərhədini bağlamaq lazımdır.
Bunu Belqradda serbiyalı həmkarı İvitisa Daçiçlə birgə keçirdiyi mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Rusiya XİN başçısı qeyd edib ki, bu məsələdə tək rəsmi Ankaranın səyləri kifayət etməyəcək: "Türkiyəyə elə kömək etmək lazımdır ki, vəziyyət hamı üçün obyektiv və anlaşılan olsun".
Sergey Lavrov onu da bildirib ki, terrorçular Türkiyə-Suriya sərhədini bağlamağa maneə olduğu təqdirdə Rusiya Hərbi Kosmik Qüvvələri dəstək göstərməyə hazır olacaq: "Əgər sərhədin bağlanmasına “İŞİD” maneə törətsə, o zaman Suriyadakı Rusiya aviasiyası amerikalıların rəhbərlik etdiyi koalisiya ilə birlikdə terrorçuların qeyri-leqal neft daşımasının qarşısını almaq üçün havadan dəstək göstərə bilər”.
Lavrov həmçinin qeyd edib ki, əgər Türkiyə Rusiyanın Su- 24 təyyarəsini vuraraq Suriya böhranı ilə bağlı Vyana danışıqlarına və Rusiya Hava Qüvvələrinin əməliyyatlarına mane olmaq istəyirdisə, o, buna nail ola bilməyəcək. "Əgər Türkiyə Suriyanın Su- 24 təyyarəsini vuraraq Suriya böhranı ilə bağlı Vyana danışıqlarına, vahid antiterror cəbhəsinin yaranması perspektivlərinə və Rusiya Hava Qüvvələrinin əməliyyatlarına maneə olmaq istəyirdisə, Ankara buna nail olmayacaq. Mən bunu sizə əminliklə deyə bilərəm. Suriya münaqişəsinin nizamlanması ilə bağlı Vyana danışıqları baş tutacaq", - deyə Sergey Lavrov qeyd edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info