Zəyəm Texnologiyalar Parkında daha üç müəssisə istifadəyə veriləcək
Tarix: 03.12.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları bölgələrin inkişafında, əmək ehtiyatlarından daha səmərəli istifadə edilməsində başlıca rol oynayıb. Proqram çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində regionlar inkişaf edir, yeni iş yerləri yaradılır, bununla da əhalinin sosial rifah halı yaxşılaşır. Bu işlərin davamı olaraq Şəmkir rayonunda Zəyəm Texnologiyalar Parkının fəaliyyəti ölkəmizdə ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet məhsulların istehsalı ilə məşğul olan sahələrin də uğurlu inkişafına daha bir nümunədir. Zəyəm Texnologiyalar Parkı ASC-nin əsas fəaliyyəti neft çənlərinin, metro tunellərinin tikintisində istifadə olunan əyri metal təbəqələrin, qalın boruların, yeraltı və yerüstü çənlərin, habelə böyük qabaritli metal konstruksiyaların, istilik qazanlarının, qaldırıcı qurğuların, müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlıqlarının, müasir tipli istixana komplekslərinin metal konstruksiyalarının istehsalından ibarətdir. Müəssisənin 7 hektar ərazisi var. Parkda 3 müəssisə fəaliyyət göstərir. Bunlar mexaniki, rəngləmə və hazırlıq müəssisələridir. Yaxın zamanlarda isə daha üç müəssisə istifadəyə veriləcək.
Zəyəm Texnologiyalar Parkı Avropanın və Asiyanın tanınmış müəssisələrində istehsal edilmiş ən yeni texnoloji avadanlıqlarla təchiz olunub. Müəssisədə presləmə, boru əymə, çən və boruları qaynaq edən, metal konstruksiyaları bucaq altında kəsən müasir avadanlıqlar quraşdırılıb.
Qeyd edək ki, ötən dövrdə Zəyəm Texnologiyalar Parkı ASC-də istehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlara - Türkiyə və Polşaya ixrac edilib.
Hazırda Zəyəm Texnologiyalar Parkının istehsalat sahələrində 106 nəfər çalışır. Tikilməkdə olan yeni müəssisələr istifadəyə verildikdən sonra işçilərin sayı 250 nəfərə çatdırılacaq. Bu da öz növbəsində yerli sakinlərin sosial yaşayış standartlarının xeyli yaxşılaşmasına səbəb olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
TAP boru kəmərinin dəniz hissəsinin inşasının 10 faizi yekunlaşıb
24.01.2019
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
24.01.2019
Azərbaycanda bu il mobil operatorlar 868,5 milyon manat gəlir əldə edib
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info