“Yüksək fiskal aktivlik hesabına iqtisadi diversifikasiya təmin olunub”
Tarix: 03.12.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


“HİLTON Baku” mehmanxanasının konfrans mərkəzində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş keçirib. Görüşü giriş sözü ilə açan QKDK-nın sədri Rüfət Aslanlı ümummilli lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqillik qazandıqdan sonra dövlətimizin dayanıqlı, sabit və tarazlı iqtisadi inkişaf modelinin formalaşdığını və bunun sayəsində Azərbaycanın qısa zaman kəsiyində yüksək sosial-iqtisadi nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Sədr dünyanın əksər dövlətlərinin onilliklər boyu keçdiyi tərəqqi mərhələlərini Azərbaycanın sürətlə adlamasını son 10 ildə aparılan iqtisadi şaxələndirmə siyasətinin obyektiv nəticəsi kimi dəyərləndirib. Ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin və yüksək fiskal aktivlik hesabına iqtisadi diversifikasiyanın təmin olunduğunu diqqətə çatdıran komitə sədri iqtisadiyyatda geniş pul kütləsinin, eləcə də onun ÜDM-ə nisbətinin artdığını, həmçinin neft gəlirlərinin strelizasiyası nəticəsində valyuta ehtiyatlarının həcminin yüksəldiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində həyata keçirilən islahatların dolğun mənzərəsini canlandıran R.Aslanlı ölkənin kapital bazarlarının məhz bu mərhələdə formalaşmağa başladığı, bu dövr ərzində qiymətli kağızlarla ticarət proseslərinin sadələşdirilərək avtomatlaşdırıldığı, maliyyə vasitəçilərinin institusional potensialının artdığı, onların bilik və məlumatlılıq səviyyəsinin yüksəldiyi, bazara yeni maliyyə alətlərinin təklif olunduğu barədə görüş iştirakçılarına məlumat verib. Sədr sadalanan tədbirlərin qiymətli kağızlar bazarının monetar və fiskal alətlərin ticarət platformasından özəl sektorun əməliyyatlarının maliyyələşdirilməsi üzrə platformaya transformasiya olunmasına töhfə verdiyini qeyd edib.
Dünya iqtisadiyyatının üzləşdiyi qlobal problemlərin ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmaq zərurəti yaratdığını qeyd edən R.Aslanlı uzaq perspektivə hesablanan inkişaf strategiyasının bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılı olduğunu vurğulayıb. Sədr ortamüddətli perspektiv üçün əsas məqsədin iqtisadiyyatın kapitala olan tələbatını təmin etmək üçün effektiv infrastrukturun formalaşdırılmasına və maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsinə nail olmağın vacibliyini qeyd edib.
Tədbirin davamında çıxış edən Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev görüşdə iştirakına görə QKDK sədrinə minnətdarlığını bildirdi. Z.Nuriyev yeni çağırışlara uyğun qurulacaq iqtisadi modernizasiya siyasətinin formalaşdırılmasında bank sektorunun önəmini xüsusi vurğulayıb.
Sonda görüş iştirakçılarının qiymətli kağızlar bazarında mövcud trendlərlə əlaqədar sualları cavablandırıldı və biznes dairələrinin ortamüddətli strategiyalarının müəyyən olunması ilə bağlı yeni iqtisadi çağırışlara dair fikir mübadiləsi aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info