Konqresmen Rodni Aleksandr: “Azərbaycan ABŞ-ın yaxın dostu və müttəfiqidir”
Tarix: 15.02.2013 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Azərbaycanın ilk peykinin orbitə buraxılması iki ölkə arasında genişlənən əlaqələrin növbəti bir nümayişidir”

Azərbaycan Respublikasının ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupun üzvü Rodni Aleksandr Konqresdə bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, ABŞ-ın Luiziana ştatını təmsil edən konqresmen R.Aleksandr bəyanatında ölkəmizin ABŞ-ın yaxın dostu və müttəfiqi olduğunu qeyd edərək, ilk peykinin uğurla orbitə buraxılması münasibəti ilə Azərbaycana öz təbriklərini ifadə edib. Azərbaycan peykinin “Orbital Science Corporation”şirkəti tərəfindən ABŞ-da istehsal olunduğunu xatırladan konqresmen bu tarixi hadisəni iki ölkə arasında genişlənən əlaqələrin növbəti bir nümayişi kimi qiymətləndirib və bu peykin Azərbaycan, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və Afrika ölkələrinə mühüm telekommunikasiya xidmətləri göstərəcəyini bildirib. O, habelə “Azerspace-1” peykinin orbitə çıxmasını Azərbaycan hökuməti və ABŞ-ın özəl sektoru arasında əməkdaşlığın kulminasiyası kimi təsvir edib. R.Aleksandr Azərbaycanın bu peyk ilə yanaşı, bir müddət əvvəl “Boeing” şirkətindən təyyarələr almaqla, ABŞ-ın aeronavtika sektoruna etimad göstərdiyini və bununla da iqtisadi inkişafın təşviqinə yardım etdiyini bəyan edib. Sonda konqresmen həmkarlarını bu tarixi hadisə münasibətilə Azərbaycanı təbrik etmək üçün ona qoşulmağa dəvət edib.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Böyük yeddilik sammitinin açılışı olub
25.08.2019
“Eyfel qülləsindəki axşam yeməyi söhbətimiz üçün yaxşı bir başlanğıc oldu“
24.08.2019
Fransada G7 sammiti әleyhinә etiraz aksiyası keçirilib
24.08.2019
Donald Tramp Çin mәhsullarına rüsumları artırmağı planlaşdırır
24.08.2019
Türkiyә ‘‘Pәncә 3’’ әmәliyyatına başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info