“Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır”
Tarix: 03.12.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Putin: “Əsgərlərimiz Suriyada Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün döyüşürlər”

“Rusiya Türkiyə ilə regional təhlükəsizliyə dair ən həssas məsələlərdə əməkdaşlıq etməyə hazır idi”.
Bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Putin Türkiyə rəhbərliyini terrorçulara dəstək verməkdə günahlandırıb: “Bununla belə Türkiyə xalqı bizə dost xalqdır. Mən hələ də anlaya bilmirəm ki, nəyə görə Türkiyə bu addımı atıb. Təkcə Allah bilir Türkiyə bunu niyə edib. Biz bilirik ki, Türkiyədə kim öz ciblərini doldurur, terrorçulara pul qazanmağa kömək edir. Bununla belə Türkiyə xalqı mehriban, əməksevər və istedadlı xalqdır. Bizim Türkiyədə çoxlu köhnə dostlarımız var. Qeyd etmək istəyirəm ki, biz onlarla Türkiyə iqtidarını eyniləşdirmirik. Türkiyə iqtidarı Suriyada hərbçilərimizin ölümünə görə birbaşa məsuliyyət daşıyır”.
Putin həmçinin Suriyadakı döyüşçülər haqqında da söz açaraq deyib ki, onlar Rusiya üçün olduqca təhlükəlidir: “Onların arasında Rusiya və MDB ölkələrindən olanlar da var.
Onlar pul, silah alırlar, güc toplayırlar və əgər güclənsələr, orada qalib gəlsələr, insanları öldürmək, əzab vermək, qorxu və nifrət yaymaq üçün mütləq ölkəmizdə peyda olacaqlar. Biz həmin şəxsləri uzaqlarda qarşılayıb məhv etməliyik. Məhz buna görə də Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada əməliyyata başlaması üçün qərar verilib”, - deyə o vurğulayıb.
Putin qeyd edib ki, rusiyalı əsgərlər Suriyada ilk növbədə Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün döyüşürlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info