02.12.2015 tarixdən 06.12.2015 tarixədək Azərbaycan kempoçuları növbəti dəfə "Kempo"üzrə 7-ci Avropa çempionatında iştirak etmək üçün Macarıstanın Budapeşt şəhərinə yola düşüblər. Komandamız dörd nəfər heyətlə təmsil olunur. Kempo Federasiyasının Prezidenti Rauf İbrahimov Avropa çempionatında idmançılarımızın layiqincə iştirak edəcəyinə inanır. İdmançılarımızdan Paşayev Pərviz Şakir oğlu 90 kq çəki dərəcəsində, Məmmədzadə Xəyal Novruz oğlu 75 kq çəki dərəcəsində, Ağaverdiyev İlham Ənvər oğlu veteranlar arasında 100 dən artıq çəkidə iştirak edəcəklər.
|