“Elektron Hökumət və gənclər” mövzusunda seminar
Tarix: 03.12.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi” tərəfindən Bakı Slavyan Universitetinin “İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyi xidməti”-nin üzvü olan tələbələr üçün “Elektron Hökumət və gənclər” mövzusunda seminar təşkil olunub. Universitetin konfrans zalında baş tutan seminarda məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və digər İKT yenilikləri barədə ətraflı informasiya vermək və tələbələrdə “Elektron Hökumətlə” bağlı praktiki biliklər formalaşdırmaqdır. Bu məqsədlə hazırlanmış prezentasiya ilə “Elektron Hökumət” portalının mütəxəssisləri seminarı açıq elan etdi və seminara interaktiv dialoq şəklində start verilib. Məruzəçilər “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları ilə yanaşı "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs etdilər, "Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlər barədə ətraflı məlumat verdilər. “Elektron arayışlar”, “Elektron ödənişlər”, “Əks əlaqə”, “Onlayn konsultasiya”, “Fikir bankı” və portalda yaradılmış digər funksionallıqlar və servislər barədə iştirakçılara geniş məlumat verildi. “Elektron Hökumət” portalının bu yaxında istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edildi. Bununla yanaşı 20-yə yaxın ən aktual elektron xidmətlərlə yeni istifadəyə verilmiş mobil versiya barədə tələbələrə ətraflı məlumat verildi. Bununla yanaşı məruzəçilər vətəndaşlar tərəfindən daha çox istifadə olunan "Elektron arayışlar” barədə də tələbələrə geniş məlumat verdilər. Qeyd etdildi ki, elektron arayışlar daha çox sosial tələbat olan və portalda ən çox istifadə olunan xidmətlərdəndir və hazırda "Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 11 növdə e-arayışlar təqdim edilir. Gələcəkdə e-arayışların əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Sonra isə məruzəçilər portal üzərindən təqdim olunan elektron xidmətlərdən məhz gənclər üçün nəzərdə tutulmuş və daha çox istifadə olunan elektron xidmətləri real rejimdə test edilərək nümayiş etdirildi. Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam etdi. Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular və portalda qeydiyyatdan keçmək üçün kod/parollar təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info