Con Qrainger: “Erməni soyqırımı” olmayıb”
Tarix: 15.02.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Böyük Britaniyada yanvarın 17-də yayımlanmış, Suriya tarixindəki müharibələri analiz edən “The Battle For Syria, 1918-1920” (“Suriya uğrunda döyüş, 1918-1920”) adlı kitabda Osmanlı İmperiyası dövründə ermənilərə qarşı olan davranışın “soyqırımı” olmadığı yazılıb.
“HaberTürk.com” bildirir ki, kitabda irəli sürülən bu tezis Böyük Britaniyada müzakirə mövzusu olub. “Boydell Press” nəşriyyatı tərəfindən 17 yanvar 2013-cü il tarixində satışa çıxarılmış 270 səhifəlik kitab 25 funta satılır. Kitabın maraqlı bölmələrindən birini isə ermənilərin “soyqırımına” uğradıqları iddiaları ilə bağlı olan sətirlər təşkil edib. Kitabda “Çoxlu sayda erməninin həyatda qalması səbəbindən, onlara qarşı soyqırımı olmayıb” ifadəsi yer alıb. Kitabın müəllifi Con D.Qrainger Osmanlı İmperiyasının son dövrlərində ermənilərə qarşı edilmiş hərəkətlərin “soyqırımı” olmadığını deyib və fikrini onunla əsaslandırıb ki, “Bir toplumun hamısı məhv edilməyibsə, bu, soyqırımı ola bilməz”. Böyük Britaniyada bu kitabın nəşr olunması ilə eyni zamanda kitab ətrafında mübahisələr də başlayıb. Bu arada isə “Zaman” qəzetinin müxbiri Mehmet Fatih Öztarsu İrəvandan xəbər verir ki, 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə əlaqədar olaraq gərgin iş rejiminə keçmiş erməni diasporu və Ermənistan “soyqırımı” iddialarını dünya gündəminə çevirmək üçün yeni layihələr hazırlayır. Bu layihələr çərçivəsində 2015-ci il üçün hazırlanan və böyük maraqla qarşılanacağı iddia edilən “The Genex” filmi ilə bağlı hazırlıq işləri davam edir. Rejissoru Artak Sevda olan film diaspor və Ermənistanın birgə layihəsidir. Filmin təqdimat videosunda dünyanın məşhur ulduzları Al Paçino, Leonardo DiKaprio və Natali Portmanın baş rollarda çəkiləcəkləri iddia edilir. Həzrəti İsaya ithafən yazılmış, şüarı “Həqiqət səni azad edər” olan film Salli Solomon adlı bir amerikalı qadının tarixlə qurduğu əlaqələrdən bəhs edir. İllərlə ailəsindən uzaq yaşayan Sallinin atasının öldürülməsi ilə başlayan hüquqi mərhələnin 1915-ci illə əlaqəsini mövzu kimi götürən filmin təbliğatıyla bağlı maliyyə dəstəyi sahəsində işlər də davam etdirilir.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info