“Biz dindarlar prezidentimizin siyasətini bəyənirik”
Tarix: 03.12.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


“Nardaranda baş verənlərin kökü başqa yerlərə gedib çıxır. Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanın düşməni Ermənistandır: “Ola bilsin ki, onlar da burda iğtişaş törətmək istəsinlər. Saxlanılan şəxslərin bədənlərində olan rəmzlər erməniliyin simvoludur”.
A. Paşazadə qeyd edib ki, Taleh Bağırzadənin çıxışlarında insanları ancaq dövlət çevrilişinə səsləmək olub: “Onun çıxışlarında imam Hüseynin adı çəkilmirdi. Biz dindarlar prezidentimizin siyasətini bəyənirik. Daxili işlər naziri Ramil Usubovla, başqa dövlət adamları ilə danışmışam. Onlar bizə arxalanırlar. Onları bilirlər ki, bizim adamlarımızın Taleh Bağırzadə ilə əlaqəsi ola bilməz. Gələcəkdə bu cür hadisələrdə ayıq-sayıq olmalıyıq. Bu, bizim borcumuzdur”.
Şeyxülislam onu da qeyd edib ki, dinin özünə qarşı getməyin də tərəfdarı deyil: “Burada əqidə sahibləri var. Onların qəlbinə toxunmaq olmaz”
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info