“Dindarın əlində heç vaxt qumbara, avtomat olmaz”
Tarix: 03.12.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


“Dindarın əlində heç vaxt qumbara, avtomat olmaz. Aydın məsələdir ki, burda din pərdəsi altında Azərbaycanda terror həyata keçirmək istəyirdilər”. Bunu Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda dinlə bağlı heç bir problem yoxdur: “Nardaran hadisələrindən bir neçə gün əvvəl İSESKO-nun ən böyük tədbiri Azərbaycanda keçirildi. Bütün islam dövlətlərinin tanınmış nümayəndələri həmin tədbirdə iştirak edirdilər. Bu gün böyük dini tədbirlər məhz Azərbaycanda keçirilir. Bu Azərbaycanda dinə, İslam dininə olan diqqətin bariz nümunəsidir”.
S. Novruzov qeyd edib ki, bəzi şəxslər Azərbaycanın dövlət quruluşuna ziyan vurmağa çalışırlar: “Bizim Prezidentimiz, şeyximiz bütün çıxışlarında bildirirlər ki, İslamın terrorla əlaqəsi yoxdur. Hər bir terror təşkilatının öz adı var. İslam dini terroru qadağan edir. Bu “Qurani-Kərim”də də göstərilib.
Artıq qanunvericiliyə dəyişiklik edilib. Əgər bir valideyn övladını məktəbə göndərməyəcəksə, cərimə ödəməli olacaq. Peyğəmbərimiz buyurub ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Əgər peyğəmbər yolu ilə gedirsənsə, bəs niyə övladını məktəbə yollamırsan? Təhsili olmayan insanı da istənilən yola çəkmək mümkündür”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info