“Təsadüfi dindarlar gəncləri dindən uzaqlaşdırır”
Tarix: 03.12.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Xəzri Abdullayev: “Hələ də gənclərimizin bir qismi xarici təsirlər altına düşüb”

Son günlər Nardaranda baş verən hadisələr təkcə ölkə daxilində deyil, eləcə də ondan kənarda diqqətlə izlənilirdi. Xüsusilə, ölkəmizi müxtəlif xarici ölkələrdə təmsil edən gənclərimiz bu hadisələrdən narahatçılıqlarını ifadə ediblər.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəliyinin rəhbəri Xəzri Abdullayevin sözlərinə görə, son hadisələr bir daha sübut etdi ki, hələ də gənclərimizin bir qismi xarici təsirlər altına düşüb, onlarda dövlətçilik, vətənpərvərlik hissləri demək olar ki, yox dərəcəsindədir: “Bunun aradan qaldırılması üçün gənclərlə sistemli şəkildə məşğul olmaq lazımdır. Bundan əlavə mən bir neçə dəfə şahidi olmuşam ki, savadsız gənclər dini baxımdan müəyyən dindarlar tərəfindən istismar olunur. Onlara namaz qılmaq, Quran oxumaqla bərabər islami dərslər altında qeyri-islami bilgilər və təlimlər keçirlər. Təsadüfi dindarlar gəncləri dindən uzaqlaşdırır, cahilləşdirir və aqressivləşdirirlər. Belə gənclər cəmiyyət üçün çox təhlükəlidir. Onlar etdikləri hər hansı bir qanunsuz əməli dinə bağlayırlar. Çünki onlara yalnız öyrədilənləri edirlər. Çox təəssüflər olsun ki, Nardaran hadisələri və “İŞİD” terror təşkilatına qatılan azərbaycanlı gənclər bu savadsız və cahil dindarların əməllərinin qurbanlarıdır”.
Xəzri Abdullayev bildirib ki, bununla bağlı dini qurumların öhdəsinə böyük məsulliyyət düşür: “Mən Azərbaycanda yaşamıram. Ancaq bilirəm ki, ölkəmizdə hələ də qeydiyyatdan keçməyən qeyri-rəsmi şəkildə və ya gizli formada fəaliyyət göstərən dini məktəblər və dindarlar var. Şəxsən mənim tanıdığım ailələrin övladları valideynlərinin də tənqid və xəbərdarlığına məhəl qoymadan qadağan edilmiş dini məktəblərə, məscidlərə və s. məkanlara gedirlər ki, bununla da cəmiyyətdən təcrid olunurlar. Mənə elə gəlir dövlətimiz üçün bu cür halların yaşanması gələcəkdə təhlükə törədə bilər. Azərbaycan İslam dövləti olsa da, din dövlətdən ayrıdır. Bu çox gözəldir. Dini siyasət ilə eyniləşdirmək mümkünsüzdür. Biz İslam ölkəsiyik, amma dünyəvi dövlətik”.
Xəzri Abdullayevin sözlərinə görə, əsas və təhlükəli məsələlərdən biri ondan ibarətdir ki, dövlətimizi zəiflətmək istəyən xarici ölkələr və xüsusi kəşfiyyat orqanları Azərbaycanda çaxnaşma yaratmaq üçün belə cahil gənclərdən istifadə edirlər: “Ona görə də hesab edirəm ki, belə neqativ halların baş verməməsi üçün dövlətin dəstəyi ilə Təhsil Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və s. strukturlar gənclər və dini qurumlala birgə məktəblərdə, əlavə dərs kimi dini və vətənpərvərlik dərslərini tədris etməlidirlər. Din təsadüfi dindarlara tapşırılmamalıdır. Çünki İslam mədəniyyət, elm və inancdır. Ona görə də dini dərslər və dini fəaliyyət dövlətin nəzarətində olmalıdır. Mən elə düşünürəm ki, hər şey elmi şəkildə təbliğatdan aslıdır”. ASGA-nın Ukrayna nümayəndəliyinin rəhbəri bildirib ki, qeyri-hökumət təşkilatları təkcə Bakıda deyil, Azərbaycanın bütün rayon və kəndlərində elmi təbliğat aparmalıdır: “Heç bir məna kəsb etməyən tədbirlər keçirtməklə vətənpərvər olunmaz. Vətənpərvər olmaq üçün cahil insanı cəmiyyətə qazandırmalısan. Mən bütün QHT və gənclər təşkilatlarını aktiv olmağa çağırıram ki, dövlətimizin və prezidentimizin ətrafında birləşsinlər. Sözlə kimlərisə mədh etmək əvəzinə dövlətimiz və dövlətçiliyimiz üçün real işlər görsünlər”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info