“Lavrovun təklifləri Qarabağ danışıqlarına yaxşı təkan verə bilər”
Tarix: 03.12.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“ATƏT DTİHB-nin Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ölkəmizin qurumla əməkdaşlıq perspektivlərini zəiflədir”.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.
E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: “Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur”.
Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. “Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər”, - deyə nazir əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info