“Baku Fires” belaruslu boksçunu yenidən sifariş edib
Tarix: 04.12.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


İsveçrənin Lozanna şəhərində Dünya Boks Seriyasının (WSB) yeni mövsümünün draftı (boksçu alışı) keçirilib. “Baku Fires” yeni mövsüm üçün belaruslu Mixail Dolqolivetsi (81 kq) yenidən sifariş edib. “USA Knockouts”, “Puerto Rico Hurricanes” və “Venezuela Caciques” klubları yeni boksçu alışında daha fəal iştirak ediblər.
WSB-nin baş direktoru Kərim Bouzidi yeni mövsümü səbirsizliklə gözlədiyini deyib. Bildirib ki, altıncı çempionat da əvvəlkilər kimi maraqlı olacaq. Yanvarda başlayacaq mövsümdə bir sıra yeni boksçular görəcəyik. Liqaya yeni komandaların cəlb olunması boksun bir idman növü kimi populyarlaşmasına xidmət göstərir. Tədbiri açıq elan edən Beynəlxalq Boks Federasiyasının (AİBA) WSB komissiyasının sədri Franko Falçinelli debütantlar Özbəkistan və Türkiyə klublarını salamlayıb. İspaniyalı Damian Biaço “British Lionhearts” komandası tərəfindən draftda alınan ilk boksçu olub. Britaniya komandası bundan başqa, Avropa çempionatının bürünc mükafatçısı Peter Belberov, “Strandja” turnirinin qalibi Radoslav Pantelyev və macarıstanlı Zoltan Harskanı transfer edib. Əsas gözlənilməz transferlərdən biri ABŞ klubunun Filip Hrqoviçi ələ keçirməsi olub. Xorvatiyalı boksçu ötən mövsüm “Astana Arlans”ın heyətində bütün görüşlərdə qalib gələrək, “Rio-2016” Olimpiadasına vəsiqə qazanıb. “Rafako Hussars Poland” komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı irlandiyalı Patrik Barnsla anlaşıb. On altı komandanın iştirak edəcəyi WSB liqasının yeni mövsümü yanvarda start götürəcək. Qeyd edək ki, draftda ölkəmizi “Baku Fires”in baş direktoru Rizvan Gənciyev təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info