“Biz Türkiyə xalqını yaxın dost kimi qəbul edirik”
Tarix: 04.12.2015 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Rusiya XİN rəhbəri Sergey Lavrov “SU-24” təyyarəsi ilə bağlı insidentdən sonra Moskvanın Ankaraya qarşı tətbiq etdiyi sanksiyalardan danışarkən Rusiyanın hər iki dövlətin vətəndaşlarının problemlərlə üzləşməməsi üçün əlindən gələni edəcəyini bildirib. “RİA Novosti”nin verdiyi xəbərə görə, Sergey Lavrov bu sözləri ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısının yekunlarına dair mətbuat konfransında bildirib.
“Bizim Türkiyəyə qarşı tətbiq etdiyimiz tədbirlərə gəlincə, biz lap əvvəlcədən bildirmişdik ki, bu cinayətkar və hüquqazidd aksiya cavabsız qala bilməz, Türkiyənin hazırkı rəhbərliyi ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz. Biz həmişə demişik və prezident Putin bu gün təsdiqlədi ki, biz Türkiyə xalqını yaxın dost kimi qəbul edirik və Türkiyə xalqını cinayətkar əmri verən şəxslərlə qarışdırmırıq”, deyə Lavrov qeyd edib.
“Biz insanlar arasındakı münasibətlərə xələl gətirəcək addımlardan yayınmağa çalışırıq. Xoşagəlməz hallar, yəqin ki, baş verir, lakin bu prezidentimizin və hökumətimizin siyasəti deyil. Və biz çalışacağıq ki, Rusiya və Türkiyə vətəndaşlarına problem yaranmasın”, deyə nazir qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info