Strateji valyuta ehtiyatları ötən il 14 faiz artıb
Tarix: 15.02.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə, Azərbaycan
dünyada ilk 15 dövlət sırasındadır


Azərbaycan hökuməti, Mərkəzi Bank, habelə beynəlxalq institutların proqnozlarına görə, yaxın perspektivdə ölkədə iqtisadi artımın davam edəcəyi gözlənilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci il üzrə «Pul siyasəti İcmalı»nda deyilir.
İcmalda vurğulanır ki, Dünya Bankı açıqladığı son iqtisadi xülasəsində Azərbaycan üzrə iqtisadi artımın 2013-cü ildə davam edəcəyini və 4,2% təşkil edəcəyini proqnozlaşdırır. Bütövlükdə, DB, BVF, Avropa Yenidənqurma və İnkişaf Bankı və BMT-nin proqnozları 2013-cü ildə ölkədə iqtisadi artımın orta hesabla 3,5% olacağını göstərir. Qeyd edək ki, 2012-ci ildə ÜDM real ifadədə 2,2% artıb və nominal olaraq 54 mlrd. manata çatıb. Hesabat ilində qeyri-neft sektorunda artım 9,7% təşkil edib. İcmalda qeyd edilir ki, strateji valyuta ehtiyatları 2012-ci ildə 5,5 mlrd. ABŞ dolları və ya 14 faiz artaraq 46 mlrd. dolları ötüb ki, bu da təqribən 3 illik mal və xidmətlərin idxalı üçün kifayət edir. Eyni zamanda, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 8 dəfə çoxdur. İcmala əsasən, hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti təxminən 70%-ə yaxındır. Bu göstəriciyə görə Azərbaycan dünyada ilk 15-likdədir. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və ya güclü «makroiqtisadi bufer» formalaşdıran amildir. Bunun nəticəsi olaraq ölkənin Xalis Beynəlxalq İnvestisiya Mövqeyi əlverişlidir. Eyni zamanda, AMB-nin valyuta ehtiyatları hesabat ilində 12% artaraq 11,7 mlrd. dollara çatıb ki, bu da təqribən bir illik mal və xidmət idxalının maliyyələşdirilməsi üçün kifayətdir.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info