“Azərbaycan və erməni icmaları arasında dialoqun yaradılması vacibdir”
Tarix: 04.12.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 3-ə Belqradda keçirilən ATƏT nazirlər şurasının 22-ci iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
Bu barədə XİN-dən məlumat verilib. Bildirilir ki, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Münaqişənin regional sülh və təhlükəsizliyi üçün başlıca təhdid olduğu qeyd olunub.
Nazir E.Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq, münaqişənin həlli ilə əlaqədar Avropa İttifaqının qətiyyətli və birmənalı mövqe ifadə etməsinin vacibliyini vurğulayıb. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti və iki ölkənin sərhədi boyunca atəşkəsin pozulması və insidentlərin yaranmasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğundan irəli gəldiyini bildirib.
Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən çıxarılmasının mühüm etimad yaradıcı tədbir olacağını qeyd edən nazir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında təmas və dialoqun yaradılmasının vacibliyini nəzərə çatdırıb.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib
19.03.2019
Fond yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təntənəli mərasim təşkil edib
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info