DSMF Gəncədə “Açıq qapı günü” keçirib
Tarix: 04.12.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Gəncə şəhərində regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb. Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunması və sığorta-pensiya sistemi vasitəsilə pensiya təminatı reallaşdırılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır. 1 oktyabr 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14630 nəfər təşkil edir. Onların 60,27 faizi yaşa görə, 26,56 faizi əlilliyə görə, 13,17 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,99 faizi kişilər, 30,01 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 482,09 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.
Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.
Təqdimatla çıxış edən Fondun əməkdaşı Azəri Məmmədov dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info