“Sabahın Alimləri” II Respublika müsabiqəsi başa çatıb
Tarix: 15.02.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Bakıda “Sabahın Alimləri” II Respublika müsabiqəsi keçirilib. Bu ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel® ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə seçim turu olan sözügedən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəd Azərbaycan təşkilatıdır.
İKT İnformasiya Mərkəzindən qəzetimizə bildirilib ki, müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri öz tədqiqat layihələri ilə iştirak ediblər. İki gün davam edən müsabiqənin yekununda münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom və medallar təqdim edilib. Mükafatlandırma mərasimindən sonra münsiflər heyəti tərəfindən qaliblər dinlənilərək onların arasından 5 şagird cari ilin may ayında keçiriləcək Intel® ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək üçün seçilib. Müsabiqənin nəticəsi olaraq akademik Zərifə Əliyeva adına məktəbin şagirdləri Elnur Əliyev və Suad Baxşıyev “Yeni super qalvaniz materialının istehsal xəttinin elmi texniki dizaynı və məhsulun keyfiyyətinin tədqiqi” layihəsi, Gənc İstedadlar liseyinin şagirdləri Rauf Nurdil və Polad Hacıyev “Nano hissəciklər vasitəsilə nitrogenin ammonyaka fiksə edilməsi” layihəsinə görə qrup layihəsi nominasiyası üzrə və eyni təhsil müsəssisəsinin digər şagirdi Vəfa Tağıyeva “Gümüş nano hissəcikləri sintez edən göbələklər” layihəsinə görə fərdi layihə nominasiyası üzrə qalib elan olunublar.
F.HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info