Berlində Azərbaycan-Almaniya münasibətləri müzakirə olunub
Tarix: 04.12.2015 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Şəbəkəsi, Alman Cəmiyyəti, Alman-Azərbaycan Forumu və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlində, mötəbər sərgilərin keçirildiyi Avropa İnformasiya Mərkəzində “Azərbaycan-Almaniya əlaqələrinin tarixi və bu günü” mövzusunda müzakirə axşamı təşkil olunub.
Alman Cəmiyyətinin direktoru Andreas Appelt tədbirdə çıxış edərək rəhbərlik etdiyi təşkilatın sərgi məkanında Azərbaycan-Almaniya münasibətlərinə həsr olunmuş müzakirələrin keçirilməsindən məmnunluğunu bildirib. O, həmçinin tədbir çərçivəsində təşkil edilmiş “Azərbaycanda alman izləri” fotosərgisi üçün şəkillər təqdim etdiyinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov ölkələrimiz arasında çoxşaxəli münasibətlərin tarixi və hazırkı vəziyyətinə dair məlumat verib. Səfir Prezident İlham Əliyevin cari ildə Almaniyaya etdiyi iki səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfə olduğunu bildirib.
Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard-Şlayer Azərbaycanın Almaniya üçün önəmli tərəfdaş olduğunu vurğulayıb, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu qeyd edib.
Azərbaycan Tələbə Şəbəkəsinin icraçı direktoru İbrahim Əhmədov Azərbaycan və alman xalqlarını birləşdirən mədəni bağlardan bəhs edərək bildirib ki, hər iki xalqın mədəniyyətində ortaq dəyərlər kifayət qədərdir və bu dəyərlər xalqlarımızın sülh və dostluq şəraitində yaşamasını aşılayır.
Daha sonra Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Maria Aux Azərbaycanda alman koloniyalarının salınması, almanların Azərbaycanda buraxdıqları irs və bu irsin qorunub saxlanması üçün görülən işlər barədə məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan xalqının həyatında tarixi bir dəyər olan multikulturalizm və bu gün də davam etdirilən tolerantlıq siyasəti sayəsində Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin sərbəst şəkildə mövcud olması və inkişaf etməsinə hər zaman münbit şərait olub.
Çıxışlardan sonra Almaniya Bundestaqının deputatları - Avropa İttifaqı məsələləri komitəsinin sədri Qunter Krixbaum, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Tabea Rössner, xarici əlaqələr komitəsinin üzvü Çarlz Huber və səfir Pərviz Şahbazovun iştirakı ilə Azərbaycan-Almaniya münasibətləri müzakirə edilib.
Qunter Krixbaum Azərbaycanı Almaniya üçün əhəmiyyətli strateji tərəfdaş adlandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Qunter Krixbaum Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Dağlıq Qarabağı və ətraf yeddi rayonu beynəlxalq hüquqa zidd olaraq işğal altında saxladığını, nəticədə yüz minlərlə azərbaycanlının evindən didərgin düşdüyünü vurğulayıb.
Çarlz Huber Azərbaycanın Avropanın enerji təchizatının şaxələnməsində oynadığı konstruktiv rolu vurğulayıb, iki ölkə arasında qarşılıqlı maraqlara cavab verən səmərəli əməkdaşlıq üçün böyük potensial olduğunu, xüsusilə də təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Pərviz Şahbazov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Avropanın xarici siyasətində ikili standartların olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, Ermənistan 20 ildən artıq müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Səfir işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayıb, Almaniyanın ATƏT-ə sədrlik edəcəyi növbəti ildə bu problemin həlli istiqamətində əsaslı addımlar atılacağına ümid etdiyini söyləyib.
Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxindən ibarət nümunələr və ölkəmizdə yaşamış almanların tarix və mədəniyyətini əks etdirən materiallar təqdim olunub.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info