“Bakcell” abunəçiləri Yeni ili limitsiz şəbəkədaxili danışıq imkanı ilə qarşılayacaqlar
Tarix: 04.12.2015 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz abunəçilərinə xüsusi qayğı ilə yanaşmaq və göstərdiyi xidmətlərlə onları daim sevindirmək ənənəsinə sadiq qalaraq, Yeni il qabağı yeni kampaniyaya start verir. Daha çox dəyər və rahatlıq yaradacaq bu yeni kampaniya çərçivəsində “Bakcell” abunəçiləri gündə cəmi 0.59 AZN ödəməklə limitsiz şəbəkədaxili danışıq imkanına malik olacaqlar.
Kampaniya 3 dekabr 2015-ci ildən 31 yanvar 2016-cı ilədək davam edəcək. Bu Yeni il kampaniyası çərçivəsində bütün CIN və Klass abunəçiləri gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq əldə etmək imkanına malik olacaqlar. Yeni il kampaniyasına qoşulmaq üçün “Bakcell” abunəçiləri bu pulsuz USSD kodunu yığmalıdırlar– *552#YES.
Abunəçilər hər gün cəmi 0.59 AZN ödəməklə gündəlik 24 saat limitsiz şəbəkədaxili danışıq tarifinə abunə ola bilərlər. Bu kampaniyaya qoşularkən növbəti 3 günün gündəlik abunə haqqı, yəni 1.77 AZN nömrənin balansında olan vəsaitdən çıxılır. 4-cü gündən etibarən isə kampaniyanın son gününədək gündəlik 0.59 AZN abunə haqqı tutulur.
Kampaniyaya qoşulmaq üçün sonuncu gün 27 yanvar 2016-cı il saat 23:59:59 radələrində bitir. Yeni kampaniya haqqında ətraflı məlumat almaq üçün xahiş olunur *555#YES yığıb “Kampaniyalar” menyusuna daxil olun və Yeni il kampaniyası planını aktivləşdirin.
Abunənin ilk 3 gününü ödəmək üçün balanslarında kifayət qədər vəsait olmayan Prepaid (əvvəlcədən ödəmə) CIN və Klass abunəçiləri yeni plana qoşula bilməyəcəklər. Bu halda, abunəçilər kampaniyadan faydalanmaq imkanına malik olmaq üçün balanslarına vəsait yükləməlidirlər.
Kampaniyada iştirakı dayandırmaq istəyən abunəçilər *552*0#YES kodunu yığmaqla bunu edə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info