“Naxçıvanterminalkompleks” Birliyi istifadəyə verilib
Tarix: 05.12.2015 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Dünən “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni inzibati bina və anbar kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə raport verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov çıxış edərək deyib ki, son illər muxtar respublikada gömrük infrastrukturu müasir tələblər səviyyəsində qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın xarici ticarət əlaqələrində mühüm rol oynayacaq “Naxçıvanterminalkompleks” Birliyi üçün müasir iş şəraitinin yaradıldığını bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib. Qeyd olunub ki, “Naxçıvanterminalkompleks” Birliyi Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhəmiyyətli sahələrdəndir. Çünki bu gün muxtar respublika ölkəmizin xarici ticarət əlaqələrinin təşkilində iştirak edir. Ona görə də bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər görülüb, kompleks üçün müasir iş şəraiti yaradılıb. Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi bu gün olduğu kimi, gələcəkdə də xarici ticarət əlaqələrinin təşkilində “Naxçıvanterminalkompleks” Birliyinin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Azərbaycanla qonşu ölkələr arasında dəmir yollarının birləşdirilməsi haqqında aparılan danışıqlar, eyni zamanda tarixi İpək Yolunun bərpa olunması onu deməyə əsas verir ki, gələcəkdə Naxçıvan tranzit yer kimi seqment rolunu öz üzərinə götürəcək. Bu prosesə indidən hazırlaşmaq, müasir infrastruktur yaratmaq lazımdır. Son illər Culfa şəhərində müasir gömrük kompleksi tikilib istifadəyə verilibr. Hazırda Sədərəkdə yeni gömrük kompleksi tikilir. Bu gün Culfa şəhərində “Naxçıvanterminalkompleks” Birliyi üçün yeni kompleksin istifadəyə verilməsi isə gələcəkdə xarici ticarətdə Naxçıvanın seqment rolunu oynaması üçün geniş imkanlar yaradır. Kompleksin ərazisində 1 açıq və 7 qapalı anbar, o cümlədən hər birinin tutumu 5 ton olan 2 soyuducu anbar var. “Naxçıvanterminalkompleks” Birliyi dəmir yolu ilə daşınacaq yüklərə gömrük nəzarətini həyata keçirmək imkanına da malikdir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info