Özəl mühafizə xidmətinin özəlliyi
Tarix: 05.12.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Elmar Nurəliyev: “Özəl mühafizə xidməti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir”
Dövlət sektorunda olduğu kimi, qeyri-dövlət sektorunda da mühafizə işi əsasən sabitlik və insanların təhlükəsizliyi üçün qurulur. Bütün hallarda mühafizə işi insana xidmət üçün həyata keçirilir. Ona görə də hər hansı xoşagəlməz hadisə ilə qarşılaşmamaq üçün önləyici tədbirlər görülməsi vacibdir.
Bunun üçün də maariflənmə hər zaman lazımdır. Mühafizə işi üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, Azərbaycanda qeyri-dövlət sektorunda mühafizə xidməti müvafiq qanuna əsasən icra olunur: “10 aprel 2007-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanun təsdiqlənib. Özəl mühafizə xidməti məhz bu qanunla tənzimlənir. Qanunun təyinatı özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan münasibətləri tənzimləmək, onun hüquqi əsasları, prinsip və vəzifələri, özəl mühafizə fəaliyyəti subyektlərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən etməkdir. Bu fəaliyyət fiziki və ya hüquqi şəxslərin mülkiyyətinin hüquqazidd qəsdlərdən qorunması məqsədilə qanunda nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsidir. Özəl mühafizə fəaliyyətini müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslər həyata keçirə bilər. Qeyri-dövlət (özəl) mühafizə şirkəti fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilə əsasında xidmət göstərir. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar göstərilən mühafizə xidmətlərinin növləri var; obyektlərdə buraxılış və obyektdaxili rejimlərin təmin edilməsi, obyektlərin qorunması, mühafizə olunan obyektlərdə təhlükəsizlik siqnalizasiyası avadanlıqlarının quraşdırılması və texniki xidmətin göstərilməsi. Qeyri-dövlət (özəl) mühafizə xidməti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir”. Elmar Nurəliyev dedi ki, mühafizəçilər hüquq və vəzifələrini, eləcə də onlara aid olan qadağaları bilməlidirlər: “Mühafizəçilər öz işlərini “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanunun tələbləri və xidmətdə olduğu təşkilatın daxili qaydaları ilə qurmalıdır. Lakin heç bir şirkətin, dövlət və özəl müəssisənin daxili qaydaları dövlət tərəfindən təsdiq edilmiş qaydaları üstələyə bilməz. Hər hansı bir təhlükə ilə üzləşməmək üçün dövlətin qüvvədə olan qanunlarına hörmətlə yanaşmaq, baş verə biləcək hadisələrdən qabaqcadan xəbər tutduqda hüquq-mühafizə orqanlarına xəbər etmək və qabaqlayıcı tədbirlər görmək lazımdır”.
Ekspert özəl mühafizə fəaliyyətində xüsusi vasitələrin tətbiqi ilə də bağlı fikirlərini bildirdi: “Xüsusi vasitələr özəl mühafizə müəssisəsi tərəfindən yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnaməyə əsasən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilə bilər. Həmçinin texniki vasitələrin istifadəsi zamanı vacib məqamlara diqqət edilməlidir: texniki vasitələr insanların hüquq azadlığına, sağlamlığına, ətraf mühitə zərər vurmamaq şərti ilə tətbiq edilir. Obyektin mülkiyyətçisinin, yaxud hüquqi şəxsin yazılı razılığı ilə həyata keçirilir. Özəl mühafizə fəaliyyəti üçün gizli qaydada informasiya daşıyıcısı avadanlığından istifadə etmək qadağandır”.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
22.03.2019
‘‘Körfәz böhranı bölgәnin vә dünyanın maraqlarına xidmәt etmir’’
20.03.2019
Azərbaycana həm ABŞ, həm də OPEC ilə daha sıx əməkdaşlıq etmək lazımdır
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 Fransız heykəltəraş Mauro Kordanın sərgisi
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info