“Ermənistan əhalisinin sayı şişirdilir”
Tarix: 05.12.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Siyahıyaalma aparan qrupun rəhbəri əksər evlərin bağlı olduğunu, ev sahiblərinin çoxdan Ermənistanı tərk etdiklərini etiraf etmək məcburiyyətində qalıb
Rəsmi rəqəmlərdə Ermənistan əhalisinin ümumi sayının 3 milyon 4 min nəfər olduğu göstərilsə də bu, şişirdilmiş, reallığı əks etdirməyən rəqəmdir. Bu barədə “Aykakan jamanak” nəşrinin əməkdaşı ilə söhbətdə dekabrın 6-da Ermənistanda keçiriləcək Konstitusiya islahatı haqqında referendumla əlaqədar əhali arasında aparılan “inventarlaşdırma”nın iştirakçısı olan erməni məmur bildirib.
Burada söhbət hər seçki ərəfəsində hakimiyyətin sifarişi ilə evləri gəzib sakinlərin "yenidən sayılmasından” gedir. Ölkədə siyahıyaalma aparan qrupun rəhbəri İrəvanın inzibati Açapnyak ərazisindəki əksər evlərin bağlı olduğunu, ev sahiblərinin çoxdan Ermənistanı tərk etdiklərini etiraf etmək məcburiyyətində qalıb. O, hətta etiraf edib ki, “bu ev sahiblərinin hansının xaricdə işləmək üçün getdiyi və nə vaxt qayıdacağı “mənim işçilərimə” məlumdur. Lakin fakt budur ki, xaricə gedənlərin çox az hissəsi yenidən geri qayıdır. Qayıdanlar da əsasən, Ermənistanda qalmış doğmalarını özləri ilə aparmaq üçün gəlirlər”. Məlumdur ki, xaricə mövsümi işlə əlaqədar gedənlər, əsasən, yaz-yay aylarını seçirlər. Ölkədə aparılan təxmini hesablamalara görə, Ermənistandan bu məqsədlə gedən hər 100 nəfərdən yalnız 25-30 nəfəri geri qayıdır. Təbii ki, yalan informasiya yaymaq erməni xislətində həmişə mövcud olub. Bu ilin oktyabrındakı statistik göstəricilərə görə, Ermənistan əhalisinin ümumi sayı 3 milyon 4 min nəfər göstərilib. Amma reallıq bu göstəricinin yalan olduğunu ortaya qoyur. Ermənistanın ötən illər ərzində düşdüyü ağır iqtisadi vəziyyət, yoxsulluğunu sürətlə artması, ölkə əhalisinin sabaha inamını məhv edib. Ermənistan dövləti hər vəchlə bunun qarşısını almağa çalışsa da, hələ ki, buna nail olmaq iqtidarında deyil. Dövlət rəsmiləri tərəfindən verilən yalançı vədlər də artıq kara gəlmir. Unutmaq lazım deyil ki, ölkədən gedən ermənilər bir gürcü məsəlində deyildiyi kimi, “getdikləri yerlərə özləri ilə dərd gətirər”. Hələ ötən əsrdə fransız səyyahı Qraf de Şole yazırdı ki, "ermənilərin yoxsulluq və əzab-əziyyət çəkməsi məndə onlara qarşı böyük rəhm oyatmasına baxmayaraq, onların haramzadalığı, kələkbazlığı o dərəcədə biabırçı, o qədər hiddətləndirici idi ki, məni heç vaxt onlara bağlaya bilmədi”.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info