Ermənistanda müxalifətin qorxduğu oldu
Tarix: 07.12.2015 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Ermənistan Mərkəzi Seçki Komissiyası referendumla bağlı keçirilən səsvermənin nəticəsinin elektron hesablanmasını yekunlaşdırıb.
“News.am”ın verdiyi məlumata görə, nəticəyə əsasən Konstitusiya islahatları layihəsində səsvermədə iştirak edən seçicilərin 63,35 faizi “hə” deyib. Seçicilərdən 32,35 faizi konstitusiya islahatlarının əleyhinə çıxıb.
Xatırladaq ki, ötən gün Ermənistanda keçirilən referendum seçicilərin aktivliyinin nəzərəçarpan dərəcədə az olması ilə seçilib. Səsvermədə ölkə əhalisinin 50,51 faizi iştirak edib.
Qeyd edək ki, Ermənistanda yeni hazırlanan Konstitusiya layihəsinə görə, ölkə parlament üsul-idarəsinə keçir. Prezident isə parlament və yerli özünüidarəetmə orqanlarının seçilmiş nümayəndələri tərəfindən 7 illiyə seçilir. Eyni şəxs ikinci dəfə prezidentliyə namizəd ola bilməz. Parlamentin 5 il müddətinə seçilməsi nəzərdə tutulur. Proporsional sistem əsasında keçiriləcək seçkilərdə ən çox səs toplamış partiya və ya blok ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək hüququna malik olacaq.
Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb.
Öncə paytaxtın Azadlıq meydanında mitinq keçirilib.
Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub.
Mitinq başlayana qədər İrəvan Polisinin rəis müavini Valeri Osipyan “İrs” Partiyasının lideri Raffi Ovanisyana xəbərdarlıq edərək, xalqı iğtişaşlara sürükləməməyə çağırıb, əks halda polisin ictimai asayişi təmin etmək üçün lazımi addımlar atmaq məcburiyyətində qalacağını deyib.
Mitinqdə çıxış edən R. Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb.
Onun sözlərinə görə, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar.
O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.
Mitinqin ardınca isə xeyli sayda polisin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasının binası önünə yürüş başlayıb.
Yürüşə Təsisçi Parlamentin üzvü Jirayr Səfilyan və R. Ovanisyan rəhbərlik edir. Lakin polis MSK-nın binası istiqamətində yolu bağlayıb. V. Osipyan bunu onunla izah edib ki, hazırda MSK-nın iclası keçirilir. O buna etiraz edən aksiya iştirakçılarına səs-küy salmamaq və ictimai asayişi pozmamaq barədə xəbərdarlıq edib.
Aksiya iştirakçıları arasında saxlanılanların olduğu barədə məlumatlar var.
Qeyd edək ki, bu gün Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info