Sahibkarlıqla məşğul olmaq istəyən gənclər üçün yeni proqram
Tarix: 07.12.2015 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyi (ATB) yeni proqramın icrasına başlayıb.
ATB-in mətbuat xidmətindən bildiriblər ki, proqramın əsas fəaliyyət istiqamətləri gənclər arasında sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, sahibkarlıqla məşğul olmaq istəyən gəncləri hədəfləyən dəstək proqramları həyata keçirmək, bu sahədə müxtəlif maarifləndirici tədbirləri və görüşləri təşkil etməkdən ibarətdir. ATB universitetlərdə gəncləri sahibkarlıq fəaliyyətinə stimullaşdıracaq və bu fəaliyyəti dəstəkləyəcək biznes inkubatorların yaradılmasını vacib hesab edir. ATB proqramın icrası məqsədilə müxtəlif şirkətlərlə əməkdaşlığa önəm verir. Qurum proqram çərçivəsində ilk əməkdaşlıq memorandumunu "AlGetsin.com" elektron ticarət platforması ilə bağlayıb. Əməkdaşlıq memorandumu gənclər arasında onlayn ticarətin stimullaşdırılması, bu sahədə imkanlar və perspektivlərin gənclərə çatdırılması, onların onlayn sahibkarlıq fəaliyyətinə kömək edilməsini özündə ehtiva edir.
"Biz "AlGetsin.com" kimi yeni fəaliyyətə başlayan şirkətlərlə əməkdaşlıqda maraqlıyıq. "AlGetsin.com" şirkəti ilə müxtəlif tədbirlərin təşkilini nəzərdə tuturuq ki, o tədbirlərdə də sahibkarlığın sirləri, müasir dünyada öz biznesini necə qurmaq olar kimi məsələlərə toxunulacaq, bu sahədə müxtəlif ekspertlərin gənclərlə görüşü təşkil ediləcək", - deyə ATB-in sədri Elvin Aslanov qeyd edib.
"AlGetsin.com" elektron ticarət platformasının icraçı direktoru Elnur Əhmədov ATB ilə əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıb.
Azərbaycan Tələbələr Birliyi proqram çərçivəsində daha bir neçə şirkətlə əməkdaşlıq memorandumunun imzalanacağını nəzərdə tutur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info