“ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi prinsipinə sadiq deyil”
Tarix: 07.12.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Amerikanın “Foreign Policy News” informasiya-analitik portalında beynəlxalq münasibətlər sahəsində eksperti Piter Teyzin “ATƏT Dağlıq Qarabağ münaqişəsində çıxılmaz vəziyyətə düşüb” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsini tənzimləmək iqtidarında olmamasından bəhs edilir. Müəllif yazır ki, dekabrın 3-də ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 22-ci iclası keçirilib. Serbiyanın sədrliyi ilə keçirilən bu iclas Avropada təhlükəsizlik məsələlərinə dair konsensusun bərpa olunması mövzusuna həsr edilmişdi. İclasda ATƏT üzvü olan 57 ölkəni təmsil edən 40-dan çox xarici işlər naziri və yüksək vəzifəli diplomatlar iştirak edib. P.Teyz qeyd edir ki, Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılmasına baxmayaraq, ATƏT nümayəndələri Azərbaycanın son 24 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən pozulmuş ərazi bütövlüyünün bərpasının zəruri olması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyi məsələsinə müvafiq qiymət verməyiblər. ATƏT liderləri və bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri “Ukraynada atəşkəs rejiminin möhkəmlənməsinə dair əlavə tədbirlər”in vacibliyini vurğulayıb, Azərbaycanın Dağlıq Qarabağ regionunda uzun illər boyu davam edən silahlı münaqişənin həllinə isə həyasızcasına əhəmiyyət verməyiblər.
P.Teyz qeyd edir ki, həmin şəxslər daha sonra Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı münaqişənin tərəflərini danışıqlar prosesində tərəqqi olmamasına görə ATƏT-in Minsk qrupunun həmsədrlərini təqsirləndirməməyə çağırıblar. ATƏT-in bu münaqişənin tənzimlənməsi prosesinə tərəfdar olmadığını qeyd edən ekspert yazır ki, bu, ATƏT-in status-kvonu dəstəkləmək arzusuna dəlalət edir. Bunun nəticəsində Avropada təhlükəsizlik məsələlərinə görə cavabdeh olan təşkilat BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini və beynəlxalq hüququn digər normalarını pozmaqda davam edən rəsmi Yerevan tərəfindən müharibə qızışdırılmasına və Azərbaycana qarşı hər gün silahlı provokasiyalar törədilməsinə göz yumur.
Müəllif yazır ki, həmin iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nazir qeyd edib ki, ATƏT məkanında uzanan münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir, Ermənistan sülhün bərqərar olması üçün konstruktiv danışıqlara başlamaq barədə beynəlxalq birliyin çağırışlarına məhəl qoymamaqda, qanunsuz qüvvə tətbiq edilməsi və etnik təmizləmə yolu ilə yaradılmış status-kvonu saxlamağa çalışmaqda davam edir. Məqalədə daha sonra göstərilir ki, erməni təcavüzü nəticəsində indi Azərbaycan əhalinin hər nəfərinə düşən qaçqınların və məcburi köçkünlərin sayına görə dünyada ilk yerləri tutan dövlətlərdən birinə çevrilib.
Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon 1992-1994-cü illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, nəticədə 650 mindən çox azərbaycanlı öz torpaqlarından qovulub. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilməsini pisləyən, erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info