Ekspertlər sahibkarlıqla bağlı nə təklif edir?
Tarix: 16.02.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Sahib Məmmədov: “Regionların inkişafı proqramları ilə həmin müdaxilələr ziddiyyət təşkil edir”

Əli Məsimli: “Orta təbəqə dairəsinin genişləndirilməsi üçün sahibkarlığa yerlərdə müdaxilə aradan qalxmalıdır”

Ötən sayımızda qeyd etmişdik ki, Prezident İlham Əliyev son iclasda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər və artımla bağlı fikirlərini bildirməkdən əlavə, yerlərdə sahibkarlıq fəaliyyətinə bəzi yersiz müdaxilələr barəsində də iradlarını səsləndirmişdi.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı demişdi ki, sahibkarlara subsidiyalar verilir, amma əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik: “Subsidiyalar ya ünavana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda, ümumiyyətcə, istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün”. Prezident eləcə də sahibkarlıq fəaliyyətinə maneə törədən digər halları sadalamışdı. Prezident bu halların aradan qaldırılması ilə bağlı tədbirlərin sərtləşdiriləcəyini diqqətə çatdırmışdı və yerlərdəki məmurlara bununla bağlı kəskin xəbərdarlığını bildirmişdi. Qeyd edək ki, Prezidentin bu fikirləri cəmiyyətdə geniş rezonans doğurub. Dövlət başçısının bu sahədə cəza tədbirlərinin sərtləşdiriləcəyini xüsusilə önə çəkməsi rəğbətlə qarşılanır və təqdir edilir. Bu barədə mütəxəssislərin də fikir və təkliflərini bilmək maraqlı olardı.
Millət vəkili, iqtisadçı Əli Məsimli məsələ ilə bağlı olaraq qəzetimizə bildirdi ki, dövlət tərəfindən son zamanlar sahibkarlığın inkişafı tədbirləri gücləndirilməkdədir: “Azərbaycanda sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görülür. Bu, Prezidentin çıxışında da bir daha ifadə edildi. Digər tərəfdən isə problemlər də var. Sahibkarlığın daha sürətli inkişafı qarşısında maneələr qalmaqda davam edir. Həmin maneələrdən ən ciddilərindən biri yerlərdə məmur özbaşınalıqları hallarıdır. Bəzi hallarda məmur qanundan yuxarıda durub, qanun rolunda çıxış edir, bu zaman isə sahibkarlar həm iş üçün çox qiymətli amil olan vaxt, həm də pul itirməli olurlar. Bu baxımdan sahibkar maneə və məngənələrdə sıxılır, əzilir. Bu isə ölkədə iqtisadi və sosial tərəqqiyə zərər verən amildir. Çünki cəmiyyətin tərəqqisinin lokomotivi olan orta təbəqənin dairəsinin genişləndirilməsi kimi həyatı əhəmiyyətli bir məsələ belə hallarda ləngiyə bilər. Ona görə də ölkədə bu sahədə islahatlar, o cümlədən institusional islahatlar daha dərinləşdirilməli, sahibkarlığın təşviqləndirilməsinə, yerlərdə məmur özbaşınalıqlarının qarşısının alınmasına yönələn tədbirlər kompleksi hazırlanıb həyata keçirilməlidir”.
Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov bizə açıqlamasında qeyd etdi ki, Prezidentin bu barədə mövqeyi və xəbərdarlıqları təqdir olunmalıdır: “Bu barədə araşdırmalara və müşahidələrimə əsaslanaraq bir sıra təkliflərlə çıxış edə bilərəm. Məsələn, hər hansı bir rayonda icra hakiminin əvəzlənməsi həmin rayonun sahibkar ictimaiyyəti üçün kataklizmlərlə müşahidə olunmamalıdır. İcra hakiminin dəyişməsi hadisəsi rayon üçün “faciə”yə çevrilməməlidir. Bu baxımdan onların biznesi, ticari fəaliyyəti üçün heç bir təhlükə, əlavə “xərclər” yaranmamalıdır. İkincisi, Prezidentin də xüsusi vurğuladığı kimi, abadlaşma adı altında rayonlarda, yerlərdə sahibkarlardan bəzən həddindən artıq çox pul yığılır. Bu prosesə son qoyulmalıdır. Prezident də bunu diqqətə çatdırdı. Hər bir sahibkar bu prosesdə yalnız könüllü olaraq iştirak edə bilər ki, rayonunun abadlaşdırılmasına töhfəsini versin. Halbuki biz abadlıq üçün nəzərdə tutulmuş büdcə vəsaitinin bir kənara qoyulub, sahibkarlardan sui-istifadə hallarının şahidi oluruq. Bu, çox pis praktikadır. Regionların sosial-iqtisadi inkişafı ilıə bağlı proqramın tam reallaşmasını bu cür hallar ləngidir, çünki bunlar həmin proqramla ziddiyyət təşkil edir. Üçüncüsü, icra hakimlərinin rayonlarda “divarçəkmə” fəaliyyəti də bu kontekstdə nəzərdən keçirilməlidir. Bu da yaxşı praktika deyil. Bəzən görürsən ki, filan qədər vəsait sərf olunduğu deyilən bu cür divarların çəkilməsi əslində rayonun ümumi mənzərəsini korlamış olur. Bəzən görürsən ki, anlaşılmayıııııan səbəbə görə, hər hansı bir rayon mərkəzi bu cür divarlar nəticəsində tamamilə iki yerə bölünür. Bütün bunlar yerlərdə problemlərin olduğunu göstərir və bu məsələlər çox aktual olduğu üçün də Prezident səviyyəsində bunlara müdaxilə edildi”.
S.Məmmədov qeyd etdi ki, yerlərdə anlamalıdırlar ki, qoyulan qadağalar, cəza tədbirləri kampaniya xarakteri daşımayacaq və daşımamalıdır.
Qeyd edək ki, bu məsələlərdə, eyni zamanda sahibkarlar da məsuliyyət daşıyırlar. Belə ki, sahibkarlığın inkişafında və sahibkarlara şərait yaradılmasında məsuliyyət birtərəfli deyil. Sahib Məmmədov bu barədə belə bildirir: “Onlar düşünməməlidirlər ki, nəzarətsiz qala bilərlər. Onlar da öz məsuliyyətlərini yerinə yetirməlidirlər. Yerlərdə məhsul istehsal edərkən standartlara, keyfiyyətə, gigiyenik qaydalara əməl edilməsinə tam borcludurlar və məsuliyyət daşıyırlar. Araşdırmalar göstərir ki, sahibkarlar bu baxımdan nəzarətsiz qalanda bir sıra hallarda məsuliyyətlərini itirməyə meyillənirlər. Ona görə də müvafiq qaydada onların sahibkarlıq fəaliyyətlərinə nəzarət edən qurumların qanuni tələblərini yerinə yetirməli və keyfiyyətli sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar. Əgər icra hakimlərinin cəlb etdiyi layihələrə bundan sonra pul ayırmağa məcbur edilməyəcəklərsə, zəhmət çəkib sosial sığorta, vergi kimi borclarını vaxtında ödəsinlər”. S.Məmmədov qeyd edir ki, sahibkarlar bu baxımdan fəaliyyətlərini şəffaf qurmalı və yeni şəraitə, tələblərə uyğunlaşdırmalıdırlar.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info